İİR-nin xarici işlər naziri Mənuçer Müttəki regionun vəziyyəti və İslam dünyasının problemlərini şərh edib
İİR Servisi/Aran Agentliyi
İİR-nin xarici işlər naziri Mənuçer Müttəki regionun vəziyyəti və İslam dünyasının problemlərini şərh edib . Müttəki Suriya paytaxtı Dəməşqdə İslam Konfransı Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin 36-cı iclasının birinci günündə region xüsusilə də Fələstin , İraq , Livan və Əfqanıstanın durumunu habelə İslam dünyasının problemlərini şərh edərkən deyib : Hal-hazırda müştərək mənafeyin təmin olunması və İslam dünyasının üz-üzə dayandığı məsələlərlə mübarizə aparmaqda həmrəylik zəruri məsələdir .
İİR-nın xarici işlər naziri Sionist İsrail rejimini regionda əsas təhlükə mənbəyi adlandıraraq, fələstinli qruplar arasında həmrəyliyin yaradılmasını məzlum Fələstin xalqının qanuni hüququnun reallaşması istiqamətində mühüm addım adlandırıb.
Müttəki habelə əfqan rəsmilərinin bu ölkədə sülh və sabitliyin bərqərar olunması ilə bağlı hərəkətlərinə işarə edərək deyib : İİR Əfqanıstanla həmsərhəd və qonşu bir ölkə olaraq həmin ölkədə sülh və əmin-amanlığın bərqərar olunmasında heç bir səydən əsirgəməyib . Bu üzdən Əfqanıstanda milli barışığın yaradılması istiqamətində hər hansı bir addım və hərəkət bu ölkə dövləti tərəfindin həyata keçirilməlidir .
Nazir sözlərinin davamında İraqdakı əmin-amansızlıq və terrorçuların fəaliyyətinə işarə edərək deyib : Bütün sahələrdə xüsusilə də təhlükəsizlik sahələrində qərar çıxarma səlahiyyətlərinin sürətlə iraq hökumətinin ixtiyarına verilməsi İraqda əmin-amanlığın bərqərarı və sabitliyin möhkəmlənməsi sahəsində mühüm səylərdən sayılır .
İİR xarici işlər naziri vurğulayıb: İslam dövlətləri İraq xalqı və dövləti ilə həmrəyliyini və əlaqələrini gücləndirməlidirlər . Bu arada İran məkrlərlə mübarizə məqsədilə xüsusilə də İraq dövləti və xalqını himayə sahəsində heç bir səydən əsirgəməyəcək .
Müttəki İslam Konfransı Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin Dəməşq iclası çərçivəsində bir neçə İslam ölkəsinin xarici işlər nazirləri ilə o cümlədən ərəbistanlı , türkiyəli , livanlı , çadlı , filippinli həmkarları ilə həmçinin Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə müşavir naziri ilə görüşdə regionda iqtisadi əməkdaşlıqların genişləndirilməsi və region məsələləri barədə məsləhətləşmələr aparıb.