Gürcüstanın paytaxtı Tiflisdə müxalifətə məxsus "Maestro" telekanalının binasında partlayış baş verib
Gürcüstan Servisi/Aran Agentliyi
Gürcüstanın paytaxtı Tiflisdə müxalifətə məxsus "Maestro" telekanalının binasında partlayış baş verib. Bu barədə məlumatı "İnterfaks" agentliyi yayıb. Məlumata görə, naməlum şəxslər gecə saat üç radələrində "5 nömrəli kamera" adlı verilişin canlı yayımı zamanı binaya qumbara atıblar. Hadisə zamanı xəsarət alanın olub-olmaması haqqında heç bir məlumat yoxdur.
Qeyd edək ki, "Maestro" telekanalı prezident Mixail Saakaşvilinin istefası tələbi ilə müxalifətin keçirdiyi etiraz aksiyalarını canlı efirdə yayımlayıb. Partlayış zamanı efirdə müxalifət liderlərindən biri Levan Qaçeçiladzenin qardaşı olub.