Tarix : 2009 May 25
Kod 12112

Bakı-Tiflis-Axalkalaki-Qars dəmiryolu xətti 2011-ci ildən işə düşəcək

Bakı-Tiflis-Axalkalaki-Qars dəmiryolu layihəsi üzrə nəzarət komitəsinin İstanbulda keçirilən ilk iclası başa çatıb
Azərbaycan servisi/Aran Agentliyi
Bakı-Tiflis-Axalkalaki-Qars dəmiryolu layihəsi üzrə nəzarət komitəsinin İstanbulda keçirilən ilk iclası başa çatıb. Azərbaycanın Nəqliyyat Nazirliyindən ANS-ə verilən məlumata görə, iclasda dəmiryolunun Türkiyə və Gürcüstan hissəsində tikinti işlərinin vəziyyəti müzakirə olunub. Nazirlər layihə üzrə indiyədək görülmüş işlərlə bağlı danışıqlar aparıb və bundan sonrakı planları müzakirə ediblər.

İclasda əsas diqqət layihənin maliyyələşmə məsələlərinə yönəldilib. Görüş çərçivəsində Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov deyib ki, dəhliz işə düşəndən sonra ilk mərhələdə buradan ildə bir milyon sərnişin və 6,5 milyon ton yük daşınacaq.

Dəmiryolunun 2011-ci ildə fəaliyyətə başlayacağı planlaşdırılır.

İclasın sonunda nazirlər protokol imzalayıb. Protokolu Türkiyənin nəlqiyyat və kommunikasiya naziri Binəli Yıldırım, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Gürcüstanın iqtisadiyyat naziri Laşa Jvaniya imzalayıb.
 
  • Yazılıb
  • da (də) 2009 May 25