Tarix : 2009 May 25
Kod 12114

Həzrət Ayətullah Xamenei : ''Amerika region xalqları arasında mənfurlaşıb''

Böyük İnqilab Rəhbəri Pakistan və Əfqanıstan prezidentlərini qəbulu zamanı İranın iştirakı ilə olan 3 tərəfli görüşü həmin 3 ölkənin qəti tələbi adlandırıblar
İİR servisi/Aran Agentliyi

Böyük İnqilab Rəhbəri Pakistan və Əfqanıstan prezidentlərini qəbulu zamanı İranın iştirakı ilə olan 3 tərəfli görüşü həmin 3 ölkənin qəti tələbi adlandırıblar. İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xamenei bazar günü baş tutan bu görüşdə vurğulayıblar : 3 tərəfli anlaşmaları mütləq və qətiyyən himayə edirik və 3 ölkə prezidentlərinin səyləri və sədaqətləri sayəsində əldə olunmuş razılaşmaların qənaətbəxş olacağına əminik. Həzrət Ayətullah-Əl-Üzma Xamenei İran , Pakistan və Əfqanıstanın din , mədəniyyət və tarixi keçmiş və ortaqlıqlarına və bu 3 qonşu ölkənin müştərək düşmənlərinə toxunaraq deyiblər : İftartçılıq , region dövlətlərinə və xalqlarına problemlər yaratmaqdan əlavə başqalarını da hədələyir və hal-hazırda bu məsələ, əvvəldən öz siyasət və vəsaitləri ilə ifratçılığı yaradanların özünü giriftar edib. Regionda hərbi müdaxiləçiliyi əsas problemlərdən biri adlandıran Böyük İnqilab Rəhbəri vurğulayaraq deyiblər : Amerika Birləşmiş Ştatları bu problem və olayların amili olaraq region xalqları arasında son dərəcə mənfurlaşıb. İslam İnqilabının Böyük Rəhbəri iki qonşu ölkə olan Pakıstan və Əfqanıstanın inkişaf və təhlükəsizliyinin İrana böyük əhəmiyyət daşımasına işarə edərək bu cür görüşlərin davam etməsinin zəruriliyini vacib sayıblar. O Həzrət vurğulayıblar : İş və əməkdaşlıq meydanı siyasi və təhlükəsizlik məsələləri ilə məhdudlaşmır və 3 ölkənin arasında iqtisadi və abadlaşdırma əməkdaşlıqlarının genişləndirilməsi üçün yaxşı zəmin və şərait mövcuddur. Bu görüşdə İİR-nin prezidenti Mahmud Əhmədinejad da 3 ölkə prezidentlərinin görüşünə işarə edərək deyib : Bu iclasda 3 ölkənin fikirləri çox şəffaf şəkildə irəli sürülüb , onun həyata keçirilməsi yolları araşdırılacaq. Əhmədinejad ifratçılıq , hərbi hərəkətlər , narkotik maddələr və terrorizmi regionu hədələyən mühüm amil hesab edərək Tehran iclasında 25 bənddən ibarət bir bəyanatın hazırlanıb və ratıfıkasıya edildiyini deyib. Pakistan prezidenti Asif Əli Zərdari də Böyük İnqilab Rəhbəri Həzrət Ayətullah-Əl-Üzma Xamenei ilə baş tutan qabaqkı görüşünə işarə edərək deyib : O Həzrətin həmin görüşdə verdiyi göstərişləri Tehran-İslamabad əlaqələrində yeni prespektivin açılmasına səbəb oldu və biz 3 ölkənin əməkdaşlığı ilə qarşıdakı müxtəlif problemlərə qələbə çalacağımıza ümidvarıq. Görüşdə Əfqanıstan prezidenti Hamid Kərzay da deyib : Bazar günkü iclas 3 qonşu ölkənin yeni razılıqlara və müştərək hədəflərə nail olması üçün əlverişli bir fürsət idi.

  • Yazılıb
  • da (də) 2009 May 25