İslam Respublikası beynəlxalq sulara, o cümlədən də Aden körfəzinə 6 hərbi gəmi göndərib
İİR servisi/Aran Agentliyi
«Yeni Şərq»in İran KİV-inə istinadən verdiyi məlumata əsasən, İslam Respublikası beynəlxalq sulara, o cümlədən də Aden körfəzinə 6 hərbi gəmi göndərib. Bu barədə İran Hərbi Donanmasının komandanı admiral Həbibulla Sayyari bəyan edib. Onun sözlərinə görə, bu addımı atmaqla İran sübut etmək istəyir ki, istənilən xarici təhlükəyə tutarlı cavab verməyə qadirdi.
Daha öncə, mayın 14-də, İran öz neft tankerlərini mühafizə etmək üçün Somali sahillərinə daha iki hərbi gəmi göndərmişdi.