Əhmədinejad bildirb ki, ötən illərdə BMT-də çıxış etmək məqsədi ilə Nyu-Yorka səfərim zamanı ABŞ Prezidentini debata çağırmışdım
İİR servisi/Aran Agentliyi
"Yenidən prezident seçilərəmsə, ABŞ Prezidentini BMT-də debata çağıracağam", - deyə İranın iyunun 12-də keçiriləcək prezident seçkilərinə yenidən namizədliyini irəli sürmüş hazırkı Prezident Mahmud Əhmədinejad bazar ertəsi keçirdiyi mətbuat konfransında bildirib.
Əhmədinejad bildirb ki, ötən illərdə BMT-də çıxış etmək məqsədi ilə Nyu-Yorka səfərim zamanı ABŞ Prezidentini debata çağırmışdım. "Debatın BMT-nin iclas zalında dunyadakı problemlərin kökünü araşdırmaq məqsədi ilə olduğunu bildirmişdim. Əgər İran xalqı məni yenidən prezident seçərsə, dünyadakı mövcud problemlərin həlli və sülhün təmin olunması məqsədi ilə cənab Obamanı BMT-də debata çağıracağam", - deyə Əhmədinejad bildirib.