Tarix : 2009 May 25
Kod 12117

İran qanadlı raketləri vuran top düzəldib

İran aşağıdan uçan qanadlı raketlərin və təyyarələrin vurulması üçün "Fəth" gəmi toplarının istehsalına başlayıb
İİR servisi/Aran Agentliyi
«Yeni Şərq»in ANS-ə istinadən verdiyi məlumata əsasən, İran aşağıdan uçan qanadlı raketlərin və təyyarələrin vurulması üçün "Fəth" gəmi toplarının istehsalına başlayıb.
    Ölkənin müdafiə naziri Mustafa Mohammad Nacarın dediyinə görə, 40 millimetrlik "Fəth" toplarının atəş uzaqlığı 12 kilometr, atəş sürəti isə dəqiqədə 300 mərmidir.
   
    Mayın 20-də İran prezidenti Mahmud Əhmədinecad İsraili vurmağa imkan verən bərk yanacaqlı «Secil-2» raketlərinin uğurla sınaqdan keçdiyini bildirib. ABŞ-ın qiymətləndirməsinə görə, buraxılan raketin uçuş uzaqlığı 2 - 2,5 min kilometr təşkil edir. Bununla bağlı olaraq İsrail bildirib ki, İranın nüvə proqramının bir başa Avropa Birliyi ölkələrinə də dəxli var.
  • Yazılıb
  • da (də) 2009 May 25