Tarix : 2009 May 26
Kod 12132

Rusiya Patriarxı Kiril İslam maliyyə sistemini mükəmməl model kimi görür

Qlobal maliyyə böhranı göstərdi ki, mənəviyyata söykənməyən iqtisadiyyat mənasız, heç bir xeyir gətirməyən, hətta təhlükəlidir”, - deyə bütün Rusiyanın patriarxı Kiril bildirib
Rusiya servisi/Aran Agentliyi
 “Qlobal maliyyə böhranı göstərdi ki, mənəviyyata söykənməyən iqtisadiyyat mənasız, heç bir xeyir gətirməyən, hətta təhlükəlidir”, - deyə bütün Rusiyanın patriarxı Kiril bildirib.

"Ümumdünya Rusiya Xalq Qurultayı"nın açılışında çıxış edən patriarx Kiril iqtisadi böhranın səbəblərinə və ondan çıxış məsələlərinə toxunub. “Uzun müddət bizi inandırmağa çalışırdılar ki, iqtisadiyyatda başlıca olan kapital, istehsal vasitələri, nəzəriyyə, texnologiyadır. Lakin, dünya böhranı bütün bu postulatların cəfəng olduğunu sübut etdi və göstərdi ki, iqtisadiyyatda başlıca olan insandır. İqtisadiyyat və digər bir çox şeylər onun ağılından, mənəvi durumundan asılıdır”, - deyə Kiril qeyd edib.

Kiril çıxışı zamanı İslam maliyyə sisteminə də toxunaraq, onu mükəmməl bir model kimi təqdir edib. “İnanc praktikasının bazar iqtisadiyyatına uyğunlaşdırılması baxımından İslam maliyyə modeli olduqca maraqlıdır”, - deyə Kiril qeyd edib və əlavə edib ki, İslam dinində olduğu kimi pavoslavlıqda da sələmçilik xoşagəlməz bir məşğuliyyət kimi qəbul edilir.

Xatırladaq ki, bundan öncə Roma Papası XVI Benedikt analoji çıxışı ilə Qərb banklarını İslam maliyyə sistemini öyrənməyə çağırmışdı.
"Dəyərlər"
  • Yazılıb
  • da (də) 2009 May 26