Tarix : 2009 May 26
Kod 12136

İran prezidenti Barak Obamanı danışıqlara çağırıb

Biz Obamaya BMT–də görüşərək dünyadakı problemləri müzakirə etməyi təklif edirik
İİR servisi/Aran Agentliyi
«Yeni Şərq»in ANS-ə istinadən verdiyi məlumata əsasən, İran prezidenti Mahmud Əhmədinejad ABŞ prezidenti Barak Obamanı BMT-də danışıqlara çağırıb. “Biz Obamaya BMT–də görüşərək dünyadakı problemləri müzakirə etməyi təklif edirik. Əgər ulu İran xalqı məni yenidən prezident kimi seçərsə, mən öz təkliflərimi Obamaya bildirəcəm”- deyə M.Əhmədinejad bildirib.
   
    Xatırladaq ki, İranda növbəti prezident seçkiləri iyunun 12-də keçiriləcək. Səsvermənin nəticələri məlum olunadək rəsmi Tehran nüvə proqramı ilə bağlı bütün beynəlxalq danışıqları dayandırıb.
 
  • Yazılıb
  • da (də) 2009 May 26