Gürcüstan Servisi/Aran Agentliyi
Gürcüstan müxalifəti ölkədə vəziyyətin nəzarətdən çıxa biləcəyini istisna etmir. Bunu prezidenti Mixail Saakaşvilinin istefası tələbi ilə aksiya keçirən müxalifətin liderlərindən biri, “Vahid Gürcüstan uğrunda” partiyasının rəhbəri Eka Beseliya bəyan edib. Onun sözlərinə görə, hazırkı mərhələdə müxalifət dəmir yolunu bağlayıb: “Əgər hakimiyyət aksiyalarımıza reaksiya verməsə, biz ha limanlarında piket keçirəcəyik. Görsək ki, buna da hakimiyydən reaksiya yoxdur, vəziyyət nəzarətdən çıxa bilər”.
Hazırda Tiflis dəmiryolu vağzalında müxalifətin bimr neçə min tərəfdarı toplaşıb. ANS PRESS, RİA “Novosti”yə istinadən xəbər verir ki, müxalifət liderlərindən bir qismi mitinqin keçirildiyi parlament binasının qarşısında qalıb.