Türkiyə servisi/Aran Agentliyi
"Liberti" (Azadlıq) radiosunun verdiyi məlumata görə Tacik Dövlət Universitetində təhsil alan iki tələbə hicab geyindikləri üçün universitetdən kənarlaşdırılıblar.
Məsələ ilə bağlı radioya müsahibə verən Gülnorə Bobonazarova bildirib ki, universitet rəhbərliyi hicab geyindiyinə görə onu imtahana buraxmayıb və o universitetdən qovulub.
Hicab problemi isə universitetdə iki il bundan qabaq başlayıb. Belə ki, o vaxt təhsil naziri universitetə gəlmiş və hicablı xanımları gördükdə onları universitetdən kənarlaşdırmışdı.
Elə həmin il Davlatmo İsmayılova bu qərarla razılaşmamış və məhkəməyə müraciət etmişdi. Ancaq məhkəmə xanım İsmayılovanın əleyhinə qərar çıxarmış və o universitetdən uzaqlaşdırılmışdı.
Hadisəni şərh edən təhsil nazirliyinin nümayəndəsi bildirib ki, hicab qadağası hələ də qüvvədədir və kim olur olsun hicab geyinirsə universitetdən qovulacaq.