Azərbaycan Respublikasının Tehrandakı səfiri Abbasəli Həsənov rəsmi Bakının anti-İran mövqeyində olan türkçüləri himayə etdiyini inkar edib
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan Respublikasının Tehrandakı səfiri Abbasəli Həsənov rəsmi Bakının anti-İran mövqeyində olan türkçüləri himayə etdiyini inkar edib.
Həsənov bu gün 28 may Respublika Günü münasibətilə Tehranda keçirdiyi mətbuat konfransında ifratçı türkçülərin Bakıdakı arzuolunmaz fəaliyyəti ilə bağlı deyib: Azərbaycan Respublikası hökuməti İran İslam Respublikası ilə əlaqələrin hərtərəfli inkişafını tərəfdarlıq edir.
Abbasəli Həsənov həmçinin ölkəsinin İsrail rejimi ilə əlaqələrinin məhdud olduğunu söyləyib. O deyib ki, bu əlaqələr heç də Azərbaycan Respublikasının İran İslam Respublikası ilə əlaqələri səviyyəsində deyil.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının İsraildə nə səfirliyi var, nə də konsulluğu və ticarət dövriyyəsinin həcmi aşağı səviyyədədir.
Səfir əlavə edib ki, Bakı həmişə Fələstinə maliyyə yardımı göstərib və BMT də fələstinliləri tərəfdarlıq edib.