“28 MAY”- Respublika Günü, münasibətilə qonşu, dost və qardaş ölkə olan Azərbaycan Respublikasının dövləti və xalqını səmimi qəlbdən təbrik edirəm
Azərbaycan servisi/Aran Agentliyi
İslam-Azeri-yə İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə İran İslam Respublikasının ölkəmizdəki səfirliyi Azərbaycan xalqını 28 may Respublika Günü münasibətilə təbrik bəyənatı yayıb.
Mətni diqqətinizə çatdırırıq:
Allahın adı ilə!
“28 MAY”- Respublika Günü, münasibətilə qonşu, dost və qardaş ölkə olan Azərbaycan Respublikasının dövləti və xalqını səmimi qəlbdən təbrik edirəm.
Yəqinliklə, bu gün, Azərbaycan Respublikasının səadət və müstəqilliyi yolunda dönüş nöqtəsi sayılır və mən İran İslam Cümhuriyyətinin Səfiri olaraq vurğulayıram ki, Azərbaycan Respublikasının müstəqilliyi İran İslam Cümhuriyyətinin dövləti və xalqının ürək arzusu və həmişəlik istəyidir.
Əminəm ki, iki ölkə, dövlət başçılarının istiqamətləndirməsi sayəsində gələcəkdə daha səmərəli və faydalı əməkdaşlıq əlaqələrinə malik olacaq və hər iki ölkənin milli mənafeyinə əsaslanan mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf və tərəqqi sahəsində yeni-yeni nailiyyətlər əldə edəcəkdir.
Uca Allahdan Azərbaycan Respublikasının şərəfli dövləti və xalqına günbəgün artan səadət və başucalığı diləyirəm.
İran İslam Cümhuriyyətinin Səfiri – Məhəmmədbağır Bəhrami
Diqqətinizə çatdıraq ki, bir neçə vaxtır ki, İran səfirliyinə yeni səfir təyin edilib.