Tarix : 2009 May 29
Kod 12186

İranda məsciddə terror aktı

İrandakı bir məsciddə meydana gələn partlayış nəticəsində 20 nəfər dünyasını dəyişib, 55 nəfər yaralanıb
İİR servisi/Aran Agentliyi
İslam-Azerinin Fars Nyusa istinadlı xəbərinə görə, İrandakı bir məsciddə meydana gələn partlayış nəticəsində 20 nəfər dünyasını dəyişib, 55 nəfər yaralanıb.

Sistan-Belucistan əyalətinin mərkəzi Zahidandakı Əmirəl Möminin Məscidində axşam namazı əsnasında meydana gələn partlayış nəticəsində 55 nəfər yaralanıb.

İRNA xəbər agentliyi isə ölənlərin sayının 15 olduğunu bildirir.

Partlayış nəticəsində məsciddə böyük xəsarət meydana gəlib.

Polis, partlayışa səbəb məscidə bomba yerləşdirilməsi olduğunu bildirib.
 
  • Yazılıb
  • da (də) 2009 May 29