Tarix : 2009 May 29
Kod 12204

Azərbaycanın Milli Məclisində növbəti qalmaqal

Milli Məclisin iclasında millət Pənah Hüseynlə parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov arasında insident baş verib
Azərbaycan Servisi/Aran Agentliyi
Milli Məclisin iclasında millət Pənah Hüseynlə parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov arasında insident baş verib.

APA-nın xəbərinə görə, P. Hüseyn bələdiyyələrin birləşdirilməsi haqqında qanunla bağlı çıxış edən zaman Z. Əsgərov deputatın sözünü kəsərək ondan mahiyyəti üzrə danışmağı tələb edib və sözü deputat Əhəd Abıyevə verib. Mübahisə də bu zaman yaranıb.

P. Hüseyn birbaşa tribunaya qalxıb, oradan çıxış etməyə cəhd göstərib. Ə. Abiyev və MM-in bir neçə əməkdaşı millət vəkilini kürsüdən düşürtməyə səy göstərəndə P. Hüseyn üzünü MM-in tribunasında oturanlara tutaraq onları “Xudayar bəylər” adlandırıb. Z. Əsgərov isə ona müraciətlə “Keç yerində otur” söyləyib və ünvanına daha kəskin ifadələr işlədib.

Qeyd edək ki, mübahisə yaranan zaman MM-in spikeri Oqtay Əsədov parlamentin iclasında iştirak edən hökumət üzvlərini yola saldığına görə zalda olmayıb.
 
  • Yazılıb
  • da (də) 2009 May 29