Tehranın bu həftəki cümə namazının xitabətçisi İranın cənub şərqində Zahidanda şiələrə mənsub məsciddə törədilmiş terror aktında beynəlxalq imperializmin məsuliyyət daşıdığını bildirib
İİR Servisi/Aran Agentliyi
Tehranın bu həftəki cümə namazının xitabətçisi İranın cənub şərqində Zahidanda şiələrə mənsub məsciddə törədilmiş terror aktında beynəlxalq imperializmin məsuliyyət daşıdığını bildirib. Seyyid Əhməd Xatəminin sözlərinə görə, mayın 28-də Zahidanda Əmir -əl-Möminin məscidində törədilmiş bu terror aktında, ABŞ və Sionist rejimin barmaq izləri tam aşkar görünür.
Tehranın bu həftəki cümə namazının xtiabətçisi çıxışının davamında, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah əl-Üzma Xameneinin İranın Qərbində Kürdüstan ostanına həyata keçirdiklər ötən həftədəki səfərinə işarə edərək deyib: Böyük İnqilab Rəhbərinin bu səfəri, şiələrlə sünnilər arasında səmimilik yaratmaq yolunda mühüm bir addımdır.
Seyyid Əhməd Xatəmi onu da qeyd edib ki, Zahidanda bomba qoyuluşuna əl atanların bu hərəkətdə məqsədi şiələrlə sünnilər arasında ziddiyyət yaratmaqdır. Terhranın bu həfətəki cümə namazının xitabətçisi habelə İİR-in Banisi İmam Xomeyni (rə) Həzrətlərinin vəfatının ildönümü günlərinin xatırladaraq o Həzərətin siyasət ilə bağlı üsul və hərəkətlərini şərh edib. O, İmam Xomeyni (rə)-in əsas siyasətlərinin İslamçılıq, qanunçuluq, cümhuriyyət, müstəmləkəçiliyə mübarizə və fələstinlilərin hüquqlarını müdafiəyə kökləndiyini diqqətə çatdıraraq deyib: Sionistlərin əleyhinə hələdə etiraz fəryadının ucaldığı günlərdə İmam Xomeyni (rə) Həzrətlərinn Ümum Dünya Qüds gününün təməlini fələstinlilərin amalının gerçəkləşməsi yolunda qoydular.
Tehranın cümə namazının xitabətçisi çıxışının digərə hissəsində 2009-cu ildə Livanda keçiriləcək parlament seçkilərinə və ABŞ-ın bu seçkilərə müdaxilə etməsinə münasibət bildirib. O deyib: İİR. belə hesab edir ki, əgər Amerika həqiqi demokratiyaya inanırsa, onda Livan xalqının bu ölkə parlamentinin taleyini müəyyənləşdirməsinə imkan verməlidir.