Tarix : 2009 May 29
Kod 12208

Azərbaycanda daha bir məscid dağıdılır

DEVAMM-a daxil olan məlumata görə, bu gün, may ayının 29-da Goranboy rayonunun Dəliməmmədli qəsəbəsində yenicə inşa edilmiş “Həzrət Əli (ə)” məscidinin hasarlarının sökülməsinə başlanılmışdır
Azərbaycan Servisi/Aran Agentliyi
   «Yeni Şərq»in DEYERLER-e istinadən verdiyi məlumata əsasən, DEVAMM-a daxil olan məlumata görə, bu gün, may ayının 29-da Goranboy rayonunun Dəliməmmədli qəsəbəsində yenicə inşa edilmiş “Həzrət Əli (ə)” məscidinin hasarlarının sökülməsinə başlanılmışdır. Qeyd edək ki, məscidin inşası bir il davam etmişdir və artıq tikinti işləri tam bitmişdir.
    Məsələ ilə bağlı DEVAMM sədri, insan haqları müdafiəçisi İlqar İbrahimoğlu bildirdi ki, "Həqiqətən də DEVAMM-a belə bir məlumat daxil olub. Hal-hazırda baş verənlərin monitorinqini aparırıq. İstənilən halda bu xoşagələn hal deyil və onsuz da vicdan azadlığı sahəsində pisləşmiş vəziyyəti daha da kəskinləşdirəcəkdir. Çox təəssüflər olsun ki, bu dəfə də hər hansı bir izah verilmədən və əhalini məlumatlandırmadan söküntü işləri başlanıb".
    Dəliməmmədli qəsəbəsindəki “Həzrət Əli (ə)” məscidinin sökülməsi haqqında DEVAMM-ın apardığı monitorinq nəticəsində yeni əldə edilən məlumatlara görə məscidin ətrafı polis qüvvələri tərəfindən muhasirəyə alınmışdır. Şahidlərin bildirdiyinə görə məscidi hasarlarının sökülməsi polis nəzarəti altında davam etdirilir.
 
  • Yazılıb
  • da (də) 2009 May 29