İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah əl-Üzma xamenei Zahidanda şiələrin Əmir-əl-möminin məscidində törədilmiş son terror aktı münasibətilə başsağlığı veriblər
İİR servisi/Aran Agentliyi
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah əl-Üzma xamenei Zahidanda şiələrin Əmir-əl-möminin məscidində törədilmiş son terror aktı münasibətilə başsağlığı veriblər.
O həzrət cümə axşamı mayın 28-də Zahidan şəhərində törədilmiş bu cinayətə işarə edərək, bəzi müdaxiləçi qüvvələrin və onlardan asılı casusluq şəbəkələrinin müsəlmanlar arasında fitnəkarlıq və qardaş qırğını yaratmaqla bağlı məkirli planlara malik olduqlarını bildirmişlər.
O həzrət həmçinin İran xalqı və ölkə rəsmilərinin daha ayıq-sayıq olmalarını və düşmənlərin məkrli planlarını nəzərə alaraq özlərinin milli-islami həmrəyliyini qorumalarının zəruriliyini vurğulayıblar.
Həzrət Ayətullah əl-Üzma Xamenei həmin müraciətin digər hissəsində qeyd etmişdilər ki , Zahidanda əhl-beyt əleyhüm-əssəlam müridləri və aşiqlərindən ibarət bir qrupun şəhid olması və yaralanması ilə nəticələnən cinayət aktı dəhşətli və ürək ağırdan hadisədir.
O həzrətin fikrincə , Allaha ibadət və əhli-beytə məhəbbət məqsədilə Allah evində bir yerə toplaşmış əhalinin həyata qarşı sui-qəsd böyük bir cinayətdir ki , Allah təala bu cinayətdə rol oynayan ünsürlərin günahından keçməyəcək.
Digər tərəfdən terrorçular bu cür bir hadisəni cəhalət və narahatlıq üzündən yaratsalar da, bəzi müdaxiləçi qüvvələr və onlardan asılı şəbəkələrin bu qanlı hadisədə rolunun olmamasına tərəddüd etmək olmaz.
Regionda və İranda müsəlman ölkələri arasında fitnəkarlıq və qardaş qırğını yaratmaq daim İİR düşmənlərinin əsas hədəflərindən olmuşdur.
Bu məkirli planı xalq və ölkə rəsmilərinin ayıq-sayıqlığı ilə zərərsizləşdirmək, habelə siyasi rəzalət və xəbisliyin qarşısını almaq olar.
Həzrət Ayətullah Əl-üzma Xameneyi həmin müraciətdə Zahidan əhalisi və ostanın digər şəhərlərinin islami həmrəylik hissini qorumalarını vacib sayıblar.
Həzrət Ayətullah əl-Üzma Xamenei sünni alimləri və ağsaqqallarını sünniləri himayə naminə bu cur cinayətlər törətmiş faciələrə qarşı olmağa və onlarla bağlı qəti mövqe tutmağa çağırıblar.
Böyük İnqilab Rəhbərinin müraciətinin digər hissəsində deyilir ki , ölkənin siyasi və təhlükəsizlik rəsmiləri ayıq-sayıqla müsəlman xalqın təhlükəsizliyini qorumalı və cinayət amillərini ədalət məhkəməsi qarşına gətirməlidirlər.
Həzrət Ayətullah əl-Üzma Xamenei sonda hadisədə zərər çəkənlərin ailə üzvlərinə başsağlığı verib, şəhidlərin ruhuna dualar oxuyub və yaralılar üçün Allah təaladan şəfa diləyiblər.