İranın müdafiə naziri general-mayor Müstafa Məhəmməd Nəccar hesab edir ki , İslami İranın əzəməti, şərəfi və iftixarı İmam Xomeyni (r.ə) həzrətlərinin fədakarlığı və mübarizələrinə borcludur
İİR Servisi/Aran Agentliyi
İranın müdafiə naziri general-mayor Müstafa Məhəmməd Nəccar hesab edir ki , İslami İranın əzəməti, şərəfi və iftixarı İmam Xomeyni (r.ə) həzrətlərinin fədakarlığı və mübarizələrinə borcludur .
İRNA xəbər verir: Müstafa Məhəmməd Nəccar bu gün nazirlik kabinetinin üzvlərilə birgə İİR-nın banisi İmam Xomeyni (r.ə)-in rehlətinin 20-ci ildönümü ərəfəsində o həzrətin pak hərəminə gələrək orada İmam Xomeyni (r.ə)-in məzarı üstünə gül dəstələri və çələnglə qoyaraq İmamın ruhuna dualar oxuyub bir daha o həzrətlə əhd-peymanlarını təzələyiblər.
İranlı generalın sözlərinə görə hal-hazırda əgər güclü İran ordusu müstəqil sənaye və modern texnologiyaya malikdirsə, bunların hamısı İİR-nin banisi İmam Xomeyni (r.ə) həzrətlərinin yüksək və ulu ruhuna borcludur . Müdafiə naziri onu da qeyd edib ki, böyük İran xalqının silahlı qüvvələr tərkibindəki əsgərləri iyunun 22-də İranda keçiriləcək prezident seçkilərində geniş iştirak ilə bir daha dünyada İmam Xomeyni (r.ə)-in adı və xatirəsini yaşadacaq və beləliklə İslam İnqilabı düşmənlərinə digər unudulmaz bir dərs verəcək.