Azərbaycan servisi/Aran Agentliyi
Yazıçı: Vəli Cabbari
Azərbaycanın Nardalan qəsəbəsində məşhur Rəhimə Xatın imamzadə kəndi olduğuna görə indiyə kimi dini varlıqlarını qoruyublar. bu qəsəbədə əzadarlıq və başqa dini mərasimlərin icrası artıq bir mədəniyyətə çevrilib.dini mərasimlərdə 20 mindən çox əzadar iştirak edir. başqa şiə ərazilərində olduğu kimi bu qəsəbədə də əzadarlıq mərasimlərin özünə məxsus xüsusiyyətləri var.İmam Hüseynə olan əlaqə daha çox gözə çarpır.Məhərrəm ayında, xüsusi ilə Aşura günündə bu qəsəbədə 10 minlərlə əzadar iştirak edir.
1387(2008)-ci ildə sionist rejiminin Qəzzəyə hücumu Aşura mərasimi ilə eyni zamandaydı.əzadarlar sionist rejiminin səfərliyinin qarşısına toplaşayaraq bu rejimin əleyhinə şüarlar səsləndirdilər.Azərbaycan dövləti onlarla etirazçını tutaraq, bu əzadarlıq ictimai-siyasi nümayişə çevrildi.
1. Giriş
70 il ateist və diktaror sovet hakimiyyəti şiəçiliyi və İslam dinini məhv etmək çox çalışdı.ancaq bu sahədə heç bir uğur əldə bilmədi və bu gün İslam dininin dirçəlməsinə şahidik.dini mərasimlərin icrasına maraq gündən-günə çoxalır, o cümlədən İmamlara əzadarlıqlar, dini bayramların bərpası, məzəhəbi yerlərdə kütləvi şəkildə iştirak etmək, hicaba marağın çoxalması.
Azərbaycanın şiə xalqı keçmişlərindən, dini etiqadlarından iftixarla yad edir.Və özlərini Şiə İslami ümmət tanıyırlar.son zamanlar qərb və ruslaşmaya qarşı çıxıblar və İslam dünyası, xüsusi ilə İrani-İslami keçmişləri ilə əlaqə yaratmağa çalışırlar.və bu mövzu marksism, liberalizm nəzəriyələrin məğlub olduğunu bir daha sübut edir.son iki əsrdə çar və kommunist hakimiyyətləri din və şiə məzhəbini məhv etmək üçün çoxlu mübarizələr apardılar, ancaq heç bir zaman müsəlman və Azəri şiələr dinlərini unutmadılar.xalqa dini unutdurmaq üçün birinci Qafqaz Ruhanilər idarəsini təşkil etdilər, bəlkə bu idarənin vasitəsi ilə özlərinə uyğun şəkildə dini xalqa təbliğ etsinlər.ancaq bu işdən heç bir nəticə hasil olmadı.bu gün xalq həmin orqanın dövlətə bağlı olduğunu bilir.son zamanlar müxtəlif təriqətləri (vəhabilik)təbliğ etdilər ki, xalqı həqiqi İslamdan və şiəçilkdən uzaqlaşdırsınlar.ancaq həmin təriqətlər özlərinə bir çox problemlər yaratdılar.və beləliklə dövlət həmin təriqətlərin əleyhinə mübarizəyə başladı.müxtəlif təriqətlərin bir faydası olmadığına görə sufiliyi yaymaq istəyirlər. bunlara baxmayarq müsəlmanlar həqiqi İslam dinini qoruyurlar.
70 il kommunist hakimiyyətində dini qadağalara baxmayaraq, Şiə məzhəbinin qorunub saxlanması bir İlahi möcüzədir. Bu yolda Azərbaycanın mömin və dindar ruhanilərin səyiləri az olmayıb.mömin insanlar dini mərasimləri, o cümlədən imamlara ehsan vermək və əzadarlıq mərasimlərini qeyd etməklə İslam dinini qoruyublar. dünyada şiələrin birliyinə əsas səbəb İmam Hüseynə əzadarlıq və Əhya gecləridir. Fransalı sosioloq Dorkimin fikrinə istinad etsək, cəmiyyətlərin birliyi ortaq adətlərin əsasındadır və dünyadakı məzhəblərin içərisində Şiə məzhəbi xeyirxah məzhəb olduğuna görə bu mərasimlər əhəmiyyətli şəkildə icra olunur.
Bu məqalədə Azərbaycan respublikasının Nardalan qəsəbəsində 1387(2008)-ci ildə Aşura mərasimi araşdırılacaq.
Bu məqalədə öncəki illərlə 2008-ci ildə keçirilən Aşura mərasimi müqayisə ediləcək.2008-ci ildəki Aşura mərasimi Qəzzədəki cinayətlərlə eyni gündə idi və buna görə dəAşura mərasimi ictimai-siyasi nümayişə çevrildi və xalq sionist rejiminə zidd şüarlar səsləndirdi.və bu hadisənin mənşəyini İrana aid etdilər: “ Nardalan gərək İsraildən əl çəkə və özünə qayıda.biz, Azərbaycanın milli mənafeyinə zidd olan hərəkətlərə qarşıyıq. Və mill mənafeyimizi qorumaq üçün İran İslam Respublikasından, türkçülüyün düşməni olan Fars ideologiyasından qaynaqlanan toplantılara son verməliyik.nardalanlılar gözlərini açmalıdırlar və həqiqəti görməlidirlər.bu həqiqətləri görən jurnalıstlər, Fars ideologiyasına quluq edənlərin əleyhinə yazanda, yəhudilərə qulluq etməkdə günahlandırılırlar. Hizbüllah və Hamas qrupları ermənilərə bağlı olduqlarını inkar etmirlər.Nardalanda bu toplantıları bərpa edənlər, həqiqətləri bilmirlər.və ya bilmək istəmirlər.Qəzzədə axan qanların səbəbkarı Hamasdır.və bunun arxasında Putin, Fars və Axundlar var.”(Azadlıq, 87/11/01)
Araşdırma Metodu:
Nadalan əhalisi İslamsevər olduqları üçün mətbuatın marağına səbəb olublar.və bir çox müxtəlif tədqiqatçı bu qəsəbənin ictimai-siyasi məsələlərini və dinin vəziyyətini araşdırıblar.həmçinin Nadalan haqqında “Hac Əli Ekram”ın xatirələri adlı kitab və “Aran” jurnalında bir çox məqalələr nəşr olunub.
2. Keçmiş tarix, coğrafi mövqe və ictimai vəziyyət
I. Coğrafi mövqe
Nardalan qəsəbəsi Bakının 25 km-də və sahilin kənarında yerləşib.8000 nəfərə yaxın əhalisi var.əhali daha çox əkinçilik, maldarlıq, balıqtutmaqla məşğuldur və həmçinin müxtəlif zavodlarda çalışırlar. çalışqan əhalisi var.
II. Dindar və qonaqsevər
Nardalanın əhalisi dindarlıqda məşhurdur.və bu qəsəbəyə daxil olduğumuz zaman Azərbaycanın başqa zonalarına görə ictimai-mədəni fərqləri aydın şəkildə görmək olar.Azərilərin, xüsusi ilə Nardalanın başqa xüsusiyyəti qonaqsevər olduqlarıdır.onların İrana xüsusi əlaqələri var.onlar İmam Xumeynini və Ayətüllah Xameneyini, İmam Xameneyi adlandırırlar, yaxşı tanıyırlar.bu qəsəbədə hicablı qadınlar, saqqalı kişilər və içkinin olmadığını görmək olar.burada 7 məscid var.
III. Rəhimə Xatın İmamzada
Bu qəsəbədə Rəhimə bibi adı ilə məşhur olan Rəhimə Xatın adlı İmamzada var.deyilənlərə görə İmam Rzanın bacısıdır.əlbəttə bir çox ruhaninin fikrincə, Rəhimə Xatın İmam Musa Kazimin nəvələrindəndir.
Tarix boyunca bu qəsəbədə belə bir İmamzadənin mövcudluğu dini etiqadların güclənməsinə səbəb olub.
IV. Nardalanın dini etiqadı
Nardalan qəsəbəsi dindarlıqda məşhurdur.bəzi möminlər Nardalanı İranın Qum şəhərinə bənzədirlər.dini mədrəsələr fəaliyyət göstərir.(hakimiyyət 1995-ci ildə rəsmi şəkildə belə mədrəsələrin fəaliyyətinə maneçilik törətmişdir.ancaq dindar şəxslər özləri dini mədrəsə təsis etdilər.)azan vaxtı məscidlər mömin insanlarla dolu olur.
Sovet zamanı dini mərasimlər gizli şəkildə icra edilirdi və bu gün hakimiyyətin məhdudiyyətlərinə baxmayaraq dini mərasimlər qeyd olunur. “Sovet dövründə dini mərasimlərin icrası qadağan idi.onlar gecələr və gizli şəkildə bu mərasimləri qeyd edirdilər.sovet hakimiyyətin sonlarında nisbi azadlıq var idi. İmamzadələr və Məscidlərin daxilində mərasimlərin icrasına kimsə mane olmurdu.Azərbaycanın müstəqilliyindən sonra bu mərasimlər kücələrdə qeyd olunur.İmam Hüseynə əzadarlıqlar ehsan verməklə, şaxsey vaxsey, mərsiyə oxumaqla qeyd olunur.qədimdən qəmə vurmaq adəti burada yoxdur.bu gün də yoxdur.məhərrəmin ilk on günündə əzadarlıqlar məscidlərdə olur.ümumi və ortaq şəkildə.qadınlar və kişilər birlikdə əzadarlıq edirlər.ancaq Aşuradan sonra evlərdə, məscid və imamzadələrdə kişi və qadın ayrı-ayrılıqda əzadarlıq edir.”(Hac Əli İkram, 1385, 36)
qədim zamanlardan bəri dini ruhanilər Nardalan qəsəbəsində təhsil alırdılar.və 1937-ci ildə dinə qarşı yürüdülən sərt mübarizələrdə bir çox ruhani şəhid oldu.kommunistlər Quranı yandırdılar.məscidləri dağıtdılar və dini ocaqlar muzey və ya anbar oldular.Nardalandakı məscidlər tarix muzeyinə və ərzaq təchizatına çevrildi.məscidin minarələrində topların izləri indi də qalır.məscidlərdə Şeyx Bəhayi və Şah Abbas dövrünə aid abidələr mövcuddur.bu abidələr Fars və Ərəb əlifbası ilə yazılıb.dahi insanlar, o cümlədən Səttar Bəhlulzadə bu şəhərdə yaşamışdır.yaşlıların dediyinə görə o, ölənə kimi kril əlifbasından istifadə etmədi.
“ 1937-ci ildə Nardalanın 1000-1500 nəfər əhalisi var idi. Bu dövrdə kommunistlər 5 ruhanini(və bir nəfər etiraz edəni)tutdular və şəhid etdilər.ruhanilərin bəzisini Sibirə sürgün etdilər. Və bəzilərini Bzovna, Hosan, Qala və... qəsəbələrinə yaxın quyulara atdılar. O illərdə 70 min nəfər dini və qeyri-dini şəxslər öldürüldü, o cümlədən ruhanilər, yazıçılar, şairlər, incəsənət adamları və....
Bəzilərini ucqar bölgələrə göndərərək güllələdilər.və bəziləri isə Azərbaycanın zindanlarında şəhid oldular.1937-ci ildə bir çox dini ruhani Nardalan qəsəbəsində şəhid oldu.Nardalandan 5 ruhani, o cümlədən Şeyx Əhməd Ağa, Şeyx Rəsul və Şeyx Hüseyn Ağa şəhid oldular.onların yollarını Şeyx Əla Ağa Möhsün, Məşədi Məzahir davam etdi.bu ruhanilər də hakimiyyət tərəfindən işgəncəyə məruz qaldılar. Məşədi Məzahir 10 il Sibirdə sürgün qalaraq şəhid oldu.ondan sonra qardaşları yolunu davam etdilər.”(Cabbari, 1384, 120)
V. İran İslam İnqilabının Təsiri
Nardalanın mömin əhalisi İmam Xumeyiniyə məhəbbət və sevgiləri çoxdur.bu sevgi və məhəbbət o qədər çoxdur ki, Sovet dövründə və hətt indiki hakimiyyət mətbuatda onları Xumeyniçi adlandırır.bu ittihamlar casusluq anlamında olmasına baxmayarq Nadalanın mömin əhalisi bu ittihamları iftixarla qəbul edir.
1991-ci ildə Hizbüllah adlı bir qrup həbs edildikdən sonra Azərbaycanın Təhlükəsizlik orqanı “Səssiz Müharibə”adlı kitab nəşr etdirdi.bu kitabda Nadalanın mömin insanlarını Xumeyniçi adlandıraraq onları casusluqda ittiham etdi.həmin mömin insanlar Sovet dağılmadan öncə dini fəaliyyətlərlə məşğul idilər.bu təşkilat həqiqi İslam dinini təbliğ edirdi.ancaq son zamanlar yavaş-yavaş mövqelərini dəyişərək İran İslam İnqilabının məqsədlərinə uyğun fəaliyyət edirlər.”(Araz Qurbanov, 1999, 38)
Nardalanlılar bu ittihamların mənşəyini bunda görürlər ki, onlar Ayətüllah Xumeyninin başçılığı ilə İslam dinini və İslam hakimiyyətini təbliğ etdikləri üçün dövlətin əmniyyət orqanları onları Xumeyniçi adlandırırlar.
VI. Əzadarlıq mərasimi Nardalanda bir mədəniyyətə çevrilib.
Bu gün Azərbaycan respublikasında, xüsusi ilə Nardalanda İmam Hüseynə əzadarlıq etmək artıq bir mədəniyyətə çevrilib.əzadarların əksəriyyəti gənclər və yeniyetmələrdir.əlbəttə hər bir şiə mərasimindən sonra dinə qarşı olanlar bu mərasimi İranla əlaqdar olduğunu iddia edirlər və müxtəlif ittihamlarla İranı məhkum edirlər. bu il əzadarlar sionist, amerika və hakimiyyətə zidd şüarlar səsləndirdilər.bəzi dövət adamları, İslam və İran İslam Respublikasına zidd olan şəxslər müxtəlif ittihamlarla İranı məhkum etdilər.bu şəxslərin iddialarına görə güya İran İslami qruplara nüfuz etməklə Azərbaycanda çevriliş etmək istəyir.
3. Mərasim zamanı
I. Aşura günü tətil gün deyil
Azərbaycan respublikasında Aşura günü tətil deyil.tətil olmağına baxmayaraq bir çox dövlət işçisi, mömin insanlar bu əzadarlıqda iştirak edirlər.
Bu il Aşur günü yeni il bayramı ilə eyni gündə idi.hətta laik tele-kanallar çalışırdılar ki, şən verilişlər az göstərsinlər.və bu şayəd İslam dininin geniş yayılması ilə əlaqədardır.və xalq arasında Məhərrəm ayı müqəddəs ay olduğu üçün xalqın reaksiyasından qorxurlar.
II. Bütöv ölkədən əzadarların iştirak etməsi
Bakı rayonunda 2 imamzadə var.Bibi Heybət və Bibi Rəhimə.xalq İmam Rzanın bacıları olduğuna inanır. Məhərrəm ayında, xüsusi ilə Aşura günündə Azərbaycanın müxtəlif bölgələrindən minlərlə əzadar Nardalan qəsəbəsində Bibi Rəhimə imamzadəsinə toplaşırlar.yol boyunca ehsan və nəzir verirlər.çay, xurma, Aş və ...xalq deyir, ehsan və nəzir vermək qədimdən hətta sovet dövründə də verilirdi.
III. Sosial Məsələlər
əzadarlıq zamanı İmamlara aid portretlərin satışıdır.bu portretlər İranda nəşr olunur.İranda bunların satışı qadağan olduğunu deyəndə, onlar deyirlər əgər İranda qadağandır niyə İranda bunların qarşısı alınmır?!
Bir də ziyarətgah və dini ocaqların ətrafında dilənçilərin və falçıların iştirakıdır.buna səbəb sosial-iqtisadi vəziyyətin yaxşı olmamasıdır.qadınlar və uşaqlar pul almaq üçün dindən istifadə edirlər.və hətta bir neçə nəfər Quran oxumaq və ya dua yazmaq üçün xalqdan pul alır.
IV. İslami Simvollar(meydan, şüarların yazılması, tarixi qəbiristanlıq)
Ziyarətgaha getmək üçün gərk İmam Hüseyn adlı meydandan keçək.bu meydana İmam Hüseynın adının verilməsinə əsas səbəb xalqın imama olan sevgi və məhəbbətidir.
Bir neçə il bundan öncə həmin meydanda əhali bir yerə toplaşaraq Məhəmməd peyğəmbəri təhqir edən jurnalistin edam olunmasını istədilər.xalqın israrı nəticəsində laik dövlət Rafiq Təğini həbs etdirdi.
Bundan başqa xalq hər il orucluq ayında “Quds” günündə bu meydana toplaşır və sionist rejiminin əleyhinə şuarlar səsləndirir.
1380(2001)-ci ildə xalq iqtisadi vəziyyətə görə dövlətə etiraz etmək üçün bu meydana toplaşdı və polis arasında toqquşma baş verdi.nəticədə polislər bir nəfəri öldürdü və onlarla insanı yaraladı.
bu qəsəbədə İmam Hüseyn meydanından başqa bir neçə meydan da var və bu meydanlar imamların adını daşıyır.divarlar və məscidlərdə latin, kril əlifbasında islami və şiə şüarlar yazılıb.əlbəttə bir sıra ərəbcə şüarlar da yazılıb.yazılan şüarlar bunlardır: Məhəmməd peyğəmbərin varisi İmam Hüseyndir, Məhərrəm və Səfər ayına hörmətlə yanaşın ki, məmləkətiniz bir ziyan görməsin, bizim xalq istəyir Allah yolunda şəhid olsun, ölüm olsun İsrailə, ölüm olsun Amerikaya.bu şüarlar qırmızı, qara və mavi rənglərdə yazılıb.
“1000 ildən çox tarixçəsi olan Nardalanın məşhur tarixi qəbiristanlığı, Şəhidlər məzarına məşhurdur.” xatırlayıram uşaqlıqda xarabalığa çevrilmiş qəbirlərdən sümüklər və kəllələr çıxırdı.kəllələrdə mismar yeri məlum idi.xalq deyir, bu kəllələr İmam Əlinin şiələrinə aiddir.Hüccac ibn Yusif zamanında və ya başqa ateistlərin dövründə bu şiələri arxaları üstündə yatırdırdılar və alınlarına mismar çalırdılar.”(Hac Əli İkram, 1385, 34)
V. Mərasimin keçirilməsi
Aşura və Tasura günlərində Bibi Rəhimə ziyarətgahına gedən yolda əzadarlar zəncir vuraraq, mədhiyyə oxuyaraq ziyarətgaha yaxınlaşırlar.ildən-ilə əzadarların sayı çoxlamaqdadır.bunun səbəbini soruşduq.birinci səbəb dinə marağın çoxalmasıdır, ikinci səbəb isə sionist rejiminin Qəzzədəki cinayətləri səbəb olub ki, xalq Qəzzədən himayə etmək üçün bir yerə toplaşsın.əzadarlar sionist rejimin səfirliyinə tərəf hərəkət edirdilər.polis buna icazə vermədi və onlarla əzadarı tutdu?!
Ziyarətgahın yaxınlığında şaquli daş var. əhalinin inancına görə “Mir Məhmudağa”nın məzaridir. xalqın arasında bu pirin hörməti çoxdur. Nəzir verirlər, pul tökürlər. bir-birinin kənarında iki daş var.bəzliləri uğur üçün daşları üzlərinə çəkirlər.qadın və kişilər ziyarətgahın divarlarına qənd yapışdırırlar.hərçənd qəndlərin çoxu düşür və yapışmır.
Ziyarətgahın iki girişi var.qadınlar aşağı qatdan, kişilər isə yuxarı qatdan ziyarətgaha daxil olurlar.əlbəttə bəzi qadınlar ikinci qatdan daxil olurlar.ziyarətgahın arxa tərəfində pillə var və aşağıda böyük həyət və kiçik məscid.pillələrin üstündə və həyətin hər tərəfində əzadarlar ayaq üstündə və ya oturaraq şiə ruhaninin sözlərinə qulaq asırlar.ruhani İmam Hüseyndən, əxlaqi keyfiyyətlərdən, Azərbaycanın sosial problemlərindən, İslamçılara olan məhdudiyyətlərdən, İslam dünyasının hadisələri, xüsusi ilə Livan, Filistin və Qəzzə haqqında danışır.
Mərsiyə kitabçaları latin əlifbası ilə yazılıb. Və maraqlıdır ki, bəzi kitabçalarda İranın məzhəbi rəhbərlərin və iranlı məddahların şəkilləri var.şəkillərin kim olduğunu soruşanda deyirlər: bu, Həzrəti Ayətüllah Xameneyi dünya şiələrin rəhbəridir.
Mərsiyəxanın ətrafında olan gənclərin libaslarında Şeyx Həsən Nəsrüllahın şəkli var.
VI. Qadınların iştirak
əzadarlıq mərasimində çoxlu qadın iştirak edir.əlbəttə əksəriyyəti tamaşa edir.ziyarətgahın ətrafına toplaşırlar və ağlayırlar.dua edirlər.əksər qadınlar hicablıdırlar.hicabsız qadınlar da ziyarətgaha daxil olduqda yaylıq örtürlər.hicabsız olmalarına baxmayaraq güclü etiqadları var.ancaq dinin əleyhinə aparılan təbliğatlar, hakimiyyətin qadağaları bütöv azəri qadınların hicablı olmasına mane olur. Həmin qadınlardan niyə hicabsızsınız? soruşanda bəziləri deyir: namaz qılıram, oruc tuturam və şəriyyətə zidd işlər görmürəm.əlbəttə çoxları hicab fəlsəfəsindən və vacib olduğundan xəbərsizdirlər.
4. Əzadarların diqqət mərkəzində Qəzzə hadisələri
Bu il Aşura mərasimi Qəzzədəki hadisələrlə eyni gündə olduğu üçün bu ilin Aşura mərasimi keçən illərə görə fərqlənir.əzadarlar sionistə zidd şüarlar səsləndirməklə Qəzzədən himayə etdilər.
Buna görə polis, sionist rejiminin səfiliyinə doğru hərəkət edən əzadarlara maneçilik törətdi.onlarla əzadarı tutdu.Azərbaycanın başqa şəhər, kənd və qəsəbələrindən əzadarlar Nardalanın meydanına və ziyarətgahına toplaşdılar.və Qəzzədən himayə etdilər.divarlarda sionist rejiminə qarşı şüarlar yazdılar.qadınlar və uşaqlar Qəzzədə şəhid olanların şəkillərini, Şeyx Həsən Nəsrüllahın şəklini və Hizbüllahın bayrağını daşıdılar.
Gənclər və yeniyetmələr qara rəngli paltarlarla və qadınlar hicabla bu mərasimdə iştirak etdilər.ötən on illə müqayisədə bu il hizablı qadınların sayı çox idi.müəllif 1995-ci ildə bu ölkəyə səfər etdi.o zaman yalnız bir neçə nəfər hicablı qadın şəhərdə görmək olurdu, ancaq bu gün hicablı qadınların sayı çoxalıb və hətta çadralı qadınlar da var.bu növ hicab Nardalanda daha çoxdur.bu qəsəbənin qadınları sovet dövründə də hicabli idilər və çadra örtürdülər.
Bu il Bibi Rəhimə adlı ziyarətgahda 20 min nəfərdən çox əzadar iştirak etmişdir.ruhanilər və məddahlar əxlaqi və mənəvi problemlərdən danışdılar və xalq Allahu Əkbər, Lailahə illəllah və ya Hüseyn şüarları səsləndirdilər.
2. Sionistə zidd şüarlar
Ötən illərdə ruhanilər və məddahlar(başqa yerlərdə ruhani libası qadağan olmasına baxmayaraq bu qəsəbədə əzadarlıq mərasimlərində ruhanilər İran, İraq və... ruhanilər kimi ruhani libası geyirlər.)əzadarlıq mərasimlərində əxlaqi keyfiyyətlərdən, dinə qarşı aparılan təbliğatlar, mətbuat və xarici missionerlər, vəhabiyyət və xalqın sosial problemlərindən danışdılar.və xütbələrində Qəzzədən himayə etdilər, sionist və Amerikanı məhkum etdilər, israil səfirliyinin bağlanmasını istədilər, Hizbüllahdan himayə etdilər.bu mərasim siyasi etiraza çevrildi.
Burada bəzi xütbələri qeyd edirik:
Qəsəbənin ağ saqqalı, Haci Əli Hüseynov, etirazçılara dedi: “ bir çox uşaq, qadın və qocalar öldülər.ancaq BMT və Ərəb dövlətləri bu hücumların qarşısında sükut etdilər.və Amerika prezidenti sionistin cinayətlərinə haqq qazandırır.biz, israilin hücumlarını məhkum edirik və Filistin xalqından himayə edirik.
Haci Əhməd, Avropa ölkələrini tənqid edərək dedi:Rusiya Gürcüstana hücum etdiyi zaman dünya ayağa qalxdı.ancaq bir neçə gündür ki, yəhudilər bir milləti öldürülər kimsənin səsi çıxmır.və bizim dövlətimiz də etiraz etmir.müsəlman ölkələr etiraz edirlər.amma Azərbaycan respublikasında belə bir etiraz aksiyası keçirilməyib.dövlətimiz Amerikaya qulluq edir.
Haci Fəyyaz Nəbizadə, qəsəbənin başqa sakini dedi: bizi, 20 nəfərdən çox etirazçını tutdular və 12 gün həbs etdilər.170 nəfəri isə cərimə etdilər.bu dövlət israilin səfirliyini qoruyur və ona yaxınlaşmaq olmaz.
Haci Həmzə Hac Məhəmmədoğlu, Qafqaz Müsəlmanlar idarəsindən tənqid edərək dedi: Şeyxülislam Paşazadə indiyə kimi sükut edib və etirazını bildirməyib.
Belə bir şeyxə ehtiyacım varmı? O haradadır?niyə səsi çıxmır? Filistinlilərdən himayə edilməli və bu haqda bir işlər görülməlidir.
Məşhədi Mehman, gənclər tərəfindən danışdı: Azərbaycan dövləti, Qafqaz Müsəlmanlar idarəsi və nümayəndələrimiz sükut ediblər.Azərbaycan dövləti Aşura mərasimin icrasına mane olur.məgər belə bir iş ola bilər?ruhanilər nə işlə məşğuldurlar? Son məlumatımıza əsasən Aşura mərasimini qeyd edən 9 nəfər, polis orqanına aparılıb və onlara xəbərdarlıq edilib ki, Aşura mərasimini qeyd etməsinlər.ancaq biz Aşura günündə sözümüzü deyəcəyik və bizim nəyə qadir olduğumuzu israilin səfirliyi görəcək.
Bu etiraz aksiyasında iştirak edən qadınlar israilin cinayətlərini məhkum etdilər.və bu şüarları səsləndirdilər: Amerika işğalçı və terrorist ölkədir, Amerikaya və israilə ölüm olsun, İsrail və Amerikanın bayraqlarını yandırdılar.Aşura əzadarlığında israli, amerika və fransanın bayraqlarını yandırdılar və israilin cinayətlərini məhkum etdilər.
7. Nəticə
Bəzi ekspertlərin fikrinə zidd olaraq, qloballaşma dini mərasimlərin zəiflənməsinə səbəb olmayıb, bəlkə gündən-günə dini şüarlar və dini ocaqlarda iştirakçıların sayı çoxalmaqdadır.Azərbaycan respublikasında on minlərlə əzadarın iştirakı bu mövzunu təsdiqləyir. Azərbaycan respublikasında Məhərrəm ayında əzadarlıq, İslami və şiə bayramların qeyd olunması bir mədəniyyətə çevrilib.son on ildə dinə qarşı aparılan təbliğatlara baxmayaraq gündən-günə xalqın marağı dinə çoxalır.
şiələrin birliyinə səbəb olan amillərdən biri də dini mərasimlər, xüsusi ilə Aşura və Tasura mərasimləridir.və hətta ortaq düşmənin əleyhinə, yəni israilin qarşısında əzadarlıq mərasimi siyasi-ictimai hadisəyə çevrilib.və bunun nəticəsində Azərbaycan respublikasında olan israilin səfirliyi müvəqqəti tətil oldu.və başqa ticarət mərkəzləri bağlandı.hər zaman olduğu kimi israilə qarşı olan etirazların mənşəyini İrana aid etdilər və bu əzadarlığın başqa səciyəvi xüsusiyyəti hicablı qadınların, gənc və yeniyetmələrin iştirakı idi.
Qaynaqlar:
1. قربان اف- آراز- سس سیز محاربه ( جنگ بی صدا) – نشریات جوانان – باکو- 1999
2. جباری- ولی- علمای دینی جمهوری آذربایجان – فصلنامه آران – سال چهارم- شماره 9 – بهار 1385
3. شهیدی ارسباران – عبدالحسین – خاطرات حاج علی اکرام علی اف- انتشارات مرکز اسناد انقلاب اسلامی – تهران 1385
4. نشریه آزادلیق- باکو –01/11/87
5. Müəllifin öz tədqiqatı əsasında yazılıb.