Azərbaycan Respublikası ordusunun Naxçıvan Muxtar Respublikasındakı kazarmasında silahlı atışma ölümlə nəticələnib
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan Respublikası ordusunun Naxçıvan Muxtar Respublikasındakı kazarmasında silahlı atışma ölümlə nəticələnib.
Daxil olan məlumata əsasən, həmin kazarmada öz komandiri və əsgər yoldaşının əziyyətlərindən cana gələn Kamil İsayev onların üstünə atəş açıb və sonra intihar edib.
Məlumatda deyilir ki, atəş açan əsgər dərhal həlak olub, komandir və yoldaşı isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.
Bir neçə gün qabaq da Şəmkir rayonunda komandir və bəzi əsgərlərin utanc hərəkəti faciə ilə nəticələnmişdi. Sözü gedən hadisədə 4 nəfər həlak oldu. Ötən həftələr ərzində 3 azəri əsgər Füzuli rayonunda şübhəli halda dünyasını dəyişib.
Ordu rəhbərliyinin bu xüsusda məlumat vermədiyindən Füzuli rayonu əhalisi öz gənclərini əsgərlik xidmətinə göndərmək istəmir. Bütün hallarda hakimiyyət orqanları və ordu rəhbərliyi susmağa üstünlük verirlər.