Tarix : 2009 Jun 01
Kod 12270

Bakıda iranlı tələbənin evi qarət edili

Hadisə dünən Mirqasımov küçəsi 2, mənzil 31-də baş verib
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan Tibb Universitetində təhsil alan iranlı tələbənin evi qarət edilib. Bu barədə APA-ya Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsindən məlumat verilib. Hadisə dünən Mirqasımov küçəsi 2, mənzil 31-də baş verib. Həmin ünvanda yaşayan, Azərbaycan Tibb Universitetinin tələbəsi, İran İslam Respublikasının vətəndaşı Behman Sirus qızı Xəlvətinin 500 manat pulu yaşadığı evdən naməlum şəraitdə oğurlanıb. Faktla bağlı Nəsimi rayon Polis İdarəsi tərəfindən təhqiqat araşdırması aparılır.(apa)
 
  • Yazılıb
  • da (də) 2009 Jun 01