İran Hərbi Dəniz Qüvvələri üç "Əl-Qədir" tipli sualtı gəmini Bəndər Abbas limanında dənizə buraxıb
İİR servisi/Aran Agentliyi
«Yeni Şərq»in Iran KIV-inə istinadən verdiyi məlumata əsasən, İran Hərbi Dəniz Qüvvələri üç "Əl-Qədir" tipli sualtı gəmini Bəndər Abbas limanında dənizə buraxıb.
Mərasimdə İranın müdafiə naziri Məhəmməd Mustafa Nəccar iştirak edib. "Üç İran istehsalı olan "Əl-Qədir" tipli sualtı gəmi və 18 ədəd sürətli hərəkət edən kater Hərbi Dəniz Qüvvələrinin istifadəsinə verilib", - deyə Nəccar bildirib.
O əlavə edib ki, Boinq -747 yanacaq dolduran təyyarəsi də yerli mütəxəssislər tərəfindən yenidən təmir olunaraq istifadəyə verilib. "Bundan başqa, iki ədəd "Azərxəş" və "Saiqə" tipli təyyarə yenidən təmir olunaraq istifadəyə verilib", - deyə Nəccar bildirib.