Tarix : 2009 Jun 02
Kod 12295

Sizcə Davosdakı insani çıxışımızdan sonra kimlərin İsrail rejiminin adamı olduğu bəlli olmadımı?

Bəziləri isə Ərdoğanın gizli-gizli İsrail rejimi ilə iş qurduğunu və Qəzzada bəşər faciəsi yaşandığı vaxtda Ərdoğan İsrail rejiminə vətənini satır deyirlər
Türkiyə servisi/Aran Agentliyi
Türkiyənin baş naziri parlamentdə çıxış edib. O çıxışı zamanı minaların təmizlənməsi üçün keçirilən tenderlərin İsrail rejiminin firmasına verilməsi barədə gəzən söz-söhbətə cavab verib.

"Mina təmizləmə mövzusunda əksər köşə yazarları düzgün mövqe sərgiləmirlər. Tender hələ elan edilməyib. Necə ola bilər ki, siz tenderin ünvanını bilirsiniz. Bu günə qədər tenderlər şəffaf keçirilib, indi də şəffaf olacaq. Bəzi adamlar deyir ki, vətənimizi İsrail rejiminə verilib, xaricilər burada gizli fəaliyyətlər edir. Belə bir fantaziyaya malik olduğu üçün müxalifəti təbrik edirəm. Hər şey qanuna uyğundur. Oxuduqdan sonra görəcəksiniz ki, burda İsrail rejiminə aid heç nə yoxdur. Bəziləri isə Ərdoğanın gizli-gizli İsrail rejimi ilə iş qurduğunu və Qəzzada bəşər faciəsi yaşandığı vaxtda Ərdoğan İsrail rejiminə vətənini satır deyirlər. Sizcə Davosdakı insani çıxışımızdan sonra kimlərin İsrail rejiminin adamı olduğu bəlli olmadımı?".
 
  • Yazılıb
  • da (də) 2009 Jun 02