İraqlı siyasi və dini şəxsiyyətlərdən bir qrupu Bəsrədə İmam Xomeyni Həzrətlərinin şəxsiyyəti ilə əlaqədar konfrans keçirib
İİR servisi/Aran Agentliyi
İraqlı siyasi və dini şəxsiyyətlərdən bir qrupu Bəsrədə İmam Xomeyni Həzrətlərinin şəxsiyyəti ilə əlaqədar konfrans keçirib . Konfransda bildirib ki , İmam Xomeyni hərəkati İslam ümmətində və dünyanın müstəzəf xalqlarında gələcəyə böyük ümidvarlıq yaratmışdır .
Əl-Aləm telekanalının məlumatına əsasən, İraq Üləmalar Cəmiyyətinin sədri Şeyx Xalid əl-Molla öz çıxışı zamanı deyib ki , İmam Xomeyni islami birliyə yol açaraq bütün müsəlmanları vəhdətə çağırdı . Onun fikrincə İmam Xomeyninin yolunu davam etdirmək müsəlman xalqların dünya imperializminin təhlükələri qarşısında qüdrətini artıracaq . Seyyidül-Şühəda İslam hərəkatının üzvü Əsəd Əl-Kəbi isə deyib : İmam Xomeyni korrupsiya , tağut və bütün digər qeyri-insani hərəkətlə bərabərində dayanaraq müstəzəf xalqların hərəkətinə stimul verdi. Bəsrədə müsəlman qadınlar təşkilatının nümayəndəsi Fatimə Musəvi də deyib : Bütün müstəzəf və despotik rejimlərdən xilas olmaq istəyən xalqlar İmam Xomeynini xilaskar bir şəxsiyyət görür , imamın düşüncələrindən ilham alır .
İraqlı siyasi fəal Qasim əl-Fəyyaz isə deyib : İslam inqilabı və xalq qüvvələri müxtəlif meydanlarda düşmənə qarşı mübarizə aparır və onlar bu yolda İmam Xomeyni müqavimət cihad və mübarizə ruhundan ilham alırlar .