Tarix : 2009 Jun 02
Kod 12297

Gürcüstanın dəmir yolu xəttində partlayış baş verib

Çərşənbə axşamı səhər Qərbi Gürcüstanın Hobi-Zuqdidi bölgəsindən keçən dəmir yolunda partlayış baş verib
Gürcüstan servisi/Aran Agentliyi
«Yeni Şərq»in RİA Novosti -yə istinadən verdiyi məlumata əsasən, Çərşənbə axşamı səhər Qərbi Gürcüstanın Hobi-Zuqdidi bölgəsindən keçən dəmir yolunda partlayış baş verib.
    Şirkətin məlumatına görə, partlayış səhər saat 07:30-radələrində, dəmir yol heyətinin ərazidən keçməsinə az müddət qalmış baş verib.
    "Xoşbəxtlikdən qeyd olunan bölmədə körpü olmayıb. Dəmir yoluna az ziyan dəyib və biz qeyd olunan yerdən saat 9:05-də dəmir yol heyətinin keçəcəyini planlaşdırırıq. Zərər çəkmiş bölgə həmin vaxta qədər bərpa ediləcək", - Hobi-Zuqdidi bölgəsindən bildiriblər.
    Hadisə yerində hazırda kriminalistlər işləyirlər.
  • Yazılıb
  • da (də) 2009 Jun 02