İsrail prezidentinin Azərbaycana gözlənilən səfəri ilə bağlı Milli Mənəvi Dəyərlər İctimai Birliyi bəyənat verib
Azərbaycan servisi/Aran Agentliyi
İslam-Azeri internet qəzetinin verdiyi məlumata görə İsrail prezidentinin Azərbaycana gözlənilən səfəri ilə bağlı Milli Mənəvi Dəyərlər İctimai Birliyi bəyənat verib.
Bəyənatı diqqətinizə çatdırırıq:
Azərbaycana səfəri ilə bağlı Milli Mənəvi Dəyərlər İctimai Birliyinin
BƏYƏNATI:
Bilindiyi kimi sionist qəsbkar rejiminin prezidenti Peresin ölkəmizə səfəri gözlənilir. Mütləq şər rejiminin başçısının ölkəmizə gəlişi heç də cür ürək açan və qəbul edilən iş deyildir. Çünki müsəlmanlar bunu yaxşı bilməlidirlər ki, İsrail hansı ölkəyə giribsə o ölkənin mədəniyyətini, mənəviyyatını, iqtisadiyyatını, hərbisini və əmniyyətini məhv etmişdir. Biz bu səfəri müsəlman xalqımızın heysiyyatı ilə oynamaq kimi dəyərləndiririk. Bu səfəri gözləyənlər heç də sevinməsinlər. Çünki xalqımız heç vaxt işğalçı, qəsbkar və terrorçu rejimin əli qana bulaşmış bir rəhbərini xoş üzlə qarşılamayacaq. Necə ki, Qəzza soyqırımında minlərlə qadın, uşaq və qocanın İsrail ordusu tərəfindən qətliamına etirazlar bunu açıq aşkar sübut etdi. Bu xalq bu qırğını unutmayıb. Biz də təşkilatımız adından bu səfərin reallaşmasına sərt etiraz edir, bu səfəri separatçı Qarabağ rejiminin terrorçularının ölkəmizə səfəri kimi görürük. Əgər bu səfər reallaşsa ümid edirik ki, sionist rejimin prezidenti bu səfərdən əli boş rüsvayçılıqla qayıdacaq.