İİR servisi/Aran Agentliyi
Yazıçı: Hüseyn Dusti
Tarix tədqiqatçısı
Xülasə
İran və Rus müharibələrində, müqəddəs müharibənin kənarında ruhanilər tərəfindən “Cihadiyə yazmaq” yarandı.yəni Nəcəf, Kərbəla, Tehran və Təbrizin böyük ruhanilərin fiqh risalələrində “Cihadiyə”ni araşdırdığımız zaman məlum olur ki, İran və Rus müharibələri dövründə olduğu kimi cihad mövzusu cəmiyyətə uyğun olaraq geniş və elmi şəkildə tədqiq olunmamışdır.
Cihadiyə risalələrin əksəriyyəti Qacar sarayına nüfuz etmişdir.və əhəmiyyətli kitablarda“ Cihadiyə Kəbir” ya “ Cihadiyə Səğir” yerləşdi.bunlardan bəziləri nəşr edilməyib və əlyazma şəklində qorunur.əlbəttə bunların bəzisi son zamanlar nəşr olunub.
Bu günə kimi nəşr olunmamış cihadiyə risalələrindən biri də “İrşadül Mücahidin”dir.bu cihadiyəni Əhərli ruhani yazıb.
Giriş
XIX əsrdə İran və Rusiya müharibələri tarixi, coğrafi, iqtisadi, siyasi, ictimai, ədəbi sahələrə və xalqın həyat tərzinə təsir göstərmişdir.bu müddət ərzində (iki əsrə yaxın)müxtəlif kitablar, risalələr yazıldı.və hər bir tarixçi, yazıçı və siyasətçi müharibə hadisələrini araşdırdı.
Gülüstan (1192-ci il şəmsi il) və Türkmənçay (1207-ci ildə) müqavilələri əsasında 17 Qafqaz şəhəri İrandan ayrıldı.bu ayrılıqdan 200 il keçməsinə baxmayaraq bu hadisə bizim üçün çox ağırdır.
نسل این اندوه به میراث می رود.
کاش از اول سرو وبستانی نبود
ناله ای نایی نیستانی نبود
خانه ات ویرانه می شد ای فلک
ترکمنچایی گلستانی نبود؟!
( محمد تابانفر- تبریز)
Bu dəhəşətli hadisədə İranın əraziləri qarət edildi və cəmiyyətimiz təhqir olundu. qacarların müharibəyə və siyasətə olan diqqətsizliyi və bəzi şahzadələrin xəyanəti, xalqın zəhmətlərini, dini ruhanilərin mübarizələrini, ordu başçısının səylərini-Abbas Mirzə-hədər etdilər.
ای دل آخر از قضایای سپهر کجمدار
روس را آمد به ضبط ملک من از دست رس
این بلا هرگز نبودی در ضمیر هیچ تن
وین قضا هرگز نیامد در خیال هیچکس
( خاوری)
İranın məğlubiyyəti və müqavilələrin imzalanması Arazın o tayında işğal olunmuş ərazilərdə üsyanlara səbəb oldu.ancaq ruslar güclü silahların yardımı ilə işğal edilmiş ərazilərə sahib oldular.
Müqavilələrin imzalanması və İranın məğlubiyyəti İranın daxilində də narazılığa səbəb oldu.
- “ایران در میان طوفان”adlı kitabın müəllifi, 172-ci səhifədə yazır: “Azərbaycan xalqı və Abbas Mirzənin ordusu müharibədə çoxlu fədakarlıqlar etdi. Təbrizdə yaşayan xanlar, vətənpərvər insanlar müharibədə iştirak etdilər.bir çox xan, Təbrizin böyükləri, o cümlədən Əsədüllah Sultan Hacəlilinin 9 oğlu bu müharibədə öldü. Əsədüllah Sultan Hacəlili, bir çox tanınmış şəxslərlə bərabər naibülsəltənənin yanına gedib və müqavilələrin rədd edilməsini və müharibənin davam edilməsini istədi.
Hətta Əsədüllah Sultan uşaqlarından 12 nəfərini Abbas Mirzə ilə bərabər müharibəyə göndərdi.və ölənə kimi vətəndən müdafiə edəcəyinə söz verdi.
Həmin zaman bir çox tayfaların başçıları, Təbriz və Azərbaycanın başqa şəhərlərini silahla təmin etdilər.
Müharibədə iştirak edə bilməyənlər sərvətlərini Abbas Mirzənin ixtiyarında qoydular ki, hərbi sursat alsın.
Azərbaycanın bütün əhalisi müharibədə iştirak etməyə hazır idi.”
- Müctəhid Mirzə Məsihin fitvası ilə Tehran xalqı Rusiyanın səfirliyinə hücum etdi və bu hücumda Rusiyanın səfirini(Gribaydov), 35 nəfər Rus vətəndaşını və səfarətin bəzi qoruqçularını öldürdülər.
نصر من الله و فتح قریب
دیگر مباد خنجر نیرنگی اینچنین
بر شیشه ی غرور وطن سنگی اینچنین
هرگز مباد اینکه ز غیرت تهی شویم
بر دامن حمیّتان ننگی اینچنین
می سوخت کاش دفتر تاریخ کهنه مان
وقتی نوشته شد ورق جنگی اینچنین
در حیرتم که نام "گلستان" چرا نهاد؟
بر رعشه های طبل بد آهنگی اینچنین
از دودآه " مردم قفقاز" گُر گرفت
جان غزل برای دلِ تنگی اینچنین
یک آرزوی دیر و یک احتمال صفر
شب می زند خیال مرا رنگی اینچنین
ای کاش مرز فاصله یک روز بشکند
کز دامن وطن برود ننگی اینچنین!
(پروانه نجاتی- شیراز)
Cihadiyyə risaləsi
Rusiyanın hücumuna qarşı cihad
Rusiyanın İrana hücumu zamanı İranın ordusu və xalq ölkəni müdafiə etmək üçün hazır oldu və ruhanilər rusların əleyhinə fitva verdilər.ruhanilər məscidlərdə xalqın mübarizəyə dəvət etdilər.bir çox bölgələrdə ruhanilər kəfən geyərək müharibədə iştirak etdilər.İrəvanın ruhaniləri kəfən geyərək müsəlmanları müharibəyə və cihada çağırdılar.
(ایران در میان طوفان ص 157 و ماثر سلطانیه – ص 307)
Bu cihadda ruhanilərin mühüm işi, Nəcəf və Samera şəhərlərindən ruhanilərin İrana mühacirət etməsi idi.rusların hücumundan sonra Qafqazın mühacirləri İraqdan yardım almaq üçün iraqa getdilər.və bu səfərdə beynəlxalq ruhanilərin diqqətini cəlb etdilər.Ayətüllah Şeyx Məhəmməd Hüseyn Nəcəfi və bir çox ruhani İrana mühacirət etdilər və İran şahı ilə görüşdülər. Ayətüllah Şeyx Məhəmməd Hüseyn Nəcəfi ruhanilərlə görüşdükdən sonra cihad fitvasının verilməsini istədi.(دلاوران گمنام ایران – ص 262-268)
Bu mühacirət İran-Rus müharibəsində Şiə Ruhanilərin I mühacirətinə məşhur oldu.o dövrdə Gülüstan müqaviləsi imzalanmamışdır.
“تاریخ جنگهای ایران وروس”adlı kitabın müəllifi, Nəcəf ruhanilərin cihadı haqqında yazır: “Qacar şahın əmri ilə Mirzə Fərhani Təbrizin iki ruhanisi, Hac Molla Baqır Səlması və Sədrəddin Təbrizi ilə görüşdü.onlardan istədi ki, İraqa getsinlər və Rusiyanın hücumunu şeyx Məhəmməd Cəfər Nəcəfi və Asid Əli İsfahaniyə xəbər versinlər.Rusiyanın hücumuna qarşı cihad vermək üçün onları rəğbətləndirsinlər.”(آهنگ سروش – ص 172)
Gəncənin işğalı Tehranda qarmaqala səbəb oldu.və dini ruhanilər cihad elan etdilər.Tehranın iki böyük müctəhidi Molla əhməd Nəraqi və Ağa Seyid Məhəmməd Mücahid Fətəli şahla görüşdülər.
(نشریه میثاق- مورخه 22/3/85)
Nəcəfin ruhaniləri İrana II dəfə mühacirət etməklə cihadın icra edilməsinə təkid etdilər.böyük alim Ağa Seyid Məhəmməd Mücahid, İranın sərhədlərini və müsəlmanların canlarını qorumaq üçün İraqdan İrana mühacirət etdi.onunla bərabər Molla Əhməd Nəraqi, Mirzə Əbdülvəhab Qəzvini, Molla Məhəmməd Təqi Bərğani, Molla Məhəmməd Mamqani və ... İrana gəldilər.”( ویژه نامه هجران – ص 9- دلاوران گمنام ایران- ص 268)
cihadın məzmunu, Rusiyanın ərazisinə daxil olmaq və işğal olunmuş ərazilərdə mübarizə etmək idi.və bu fitva xalqda coşğunluğa səbəb oldu.ruhanilər Rusiya səfirinin cavabında bildirdilər ki, əgər Rusiya işğal olunmuş əraziləri azad etsə, Cihad hökmü yenə etibarlıdır.müharibənin ikinci mərhələsində Rusiya tərəfindən işğal olumuş ərazilər azad edildi və Rus ordusu məğlub oldu.buna səbəb ruhanilər idi.) (نشریه ایران شمالی- شماره 8 و 9- ص 9
Fətəli şah bu fürsəti əldən verdi və İngiltərənin siyasətlərinə aldandı və Rusiya ilə danışıqlar apardı.cəbhə xəttinə yardım etmədi və nəhayət İranın bir hissəsini Rusiyaya bağışladı!
Cihadiyə yazmaq
İran və Rus müharibələrində, müqəddəs müharibənin kənarında ruhanilər tərəfindən “Cihadiyə yazmaq” yarandı.yəni Nəcəf, Kərbəla, Tehran və Təbrizin böyük ruhanilərin fiqh risalələrində “Cihadiyə”ni araşdırdığımız zaman məlum olur ki, İran və Rus müharibələri dövründə olduğu kimi cihad mövzusu cəmiyyətə uyğun olaraq geniş və elmi şəkildə tədqiq olunmamışdır.
Müctəhidlərin əksəriyyəti, o cümlədən “Seyid Əli Təbatəbai”(sahib Riyaz), Seyid Məhəmməd Mücahid(oğlu), Şeyx Cəfər Kaşefülqəta, Mirzaye Qommi, Mirzə Yusif Təbatəbai Təbrizi və ... fiqh nöqteyi-nəzərdən “Əlcihadiyə” mövzusunda elmi kitablar yazıblar və bu kitab Rusların əleyhinə olan cihadlardan ibarətdir. (ویژه نامه هجران – ص 9)
Mirzə İsa Qaem Məqam Fərahani, şahın əmri ilə bütün məktubları toplayıb kitab şəklində şəhərlərin hakimlərinə göndərdi.(آهنگ سروش – ص 173)
Mirzə İsa Qaem Məqam Fərahani bu kitabı “احکام الجهاد و اسباب الرشاد”adlandırdı və 1235(h.q)-ci ildə Təbrizdə nəşr oldu.ancaq “جهادیه کبیر”(Cihadiyə Kəbir)adı ilə məşhur oldu.və sonralar bu kitabın xülasəsi “جهادیه صغیر”(Cihadiyə Səğir)adı ilə nəşr oldu və bu kitabı 1352(h.ş)-ci ildə Dr. Cəhangir Qaem Məqami (böyük Qaem Məqamın oğlu)yenidən çap etdi.(Cihadiyə-giriş)
Bu cihadların əksəriyyəti Qacar sarayına nüfuz etdi. və əhəmiyyətli kitablarda“ Cihadiyə Kəbir” ya “ Cihadiyə Səğir” yerləşdi. bunlardan bəziləri nəşr edilməyib və əlyazma şəklində qorunur.əlbəttə bunların bəzisi son zamanlar nəşr olunub.
Bu günə kimi nəşr olunmamış cihadiyə risalələrindən biri də “İrşadül Mücahidin”dir.bu cihadiyəni Əhərli ruhani yazıb.
Cihadiyə Risaləsi “İrşadül Mücahidin”
Əhər Şərqi Azərbaycan əyalətində yerləşir.İran-Rus müharibələrində Abbas Mirzənin komandanlıq mərkəzidi.II müharibənin sonlarında Ruslar tərəfinən işğal edildi.Rus ordusu Türkmənçay kəndinə (Miyana yaxınlığında)qədər hücum etdi.
(ایران درمیان طوفان- ص 250- روزنامه مهد آزادی – مورخه 24/11/75- ص آذری)
Əhər ruhanilərindən biri olan Əbdülkərim ibn Məhəmməd Sadiq Əhəri, İran və Rus müharibələrində Qaem Məqam Fərahaninin əmri ilə cihad hökmləri əsasında II cilddə kitab yazdı və ona təqdim etdi.bir müddət sonra başqa kitab(risalə)yazaraq xalqı müharibədə iştirak etməyə rəğbətləndirdi.bu kitab bir giriş, üç fəsil və nəticədən ibarətdir.
cihadiyə risaləsindən əlavə əxlaqi keyfiyyətlər də bu kitabda qeyd olunub.müəllif bu kitabda(risalədə)mücahidləri hidayət edir. bütün hakimlərə və padşahlara da öyüd və nəsihət verir.İslam dinindən müdafiə etməyə çağırır:
منجنیق آه مظلومان به صبح
سخت گیرد ظالمان را در حصار ( ص 73)
Bu kitabda İran-Rus müharibələrində olan çatışmazlıqlar da qeyd olunub.kitabın müxtəlif fəsillərində ordunun mənfi xüsusiyyətləri və xainlərin olduğu qeyd olunub.beləliklə məğlubiyyətin səbəbləri aydın olur.
Birinci fəsildə nifaq və həsəd məzəmmət edilir.belə nəzərə gəlir ki, müəllif Qacar sarayında və Abbas Mirzənin qardaşları arasında olan həsəd və nifaqdan danışır.və ya 5-ci fəsildə paxıllıq və rəzilliyi tənqid edib. belə nəzərə gəlir ki, Fətəli şah paxıllığa görə cəbhəyə yardım etməyib. 3-cü fəsildə isə müəllif həmfikirlikdən danışır.həmfikirlik deyəndə həmin illərin mücahidi, Molla Məhəmməd Təği Bərğanı, yada düşür.Fətəli şah Qacar İran-Rus müharibəsi sona çatdıqdan sonra ondan soruşur: niyə cihad qalib gəlmədi?Molla Məhəmməd Təği Bərğanı cabanında deyir: Abbas Mirzənin həmfikirsizliyi səbəb oldu.(نقش روحانیت پیشرو در جنبش مشروطه- ص 127 )
Bu kitabın müəllifi cəngavərdir.belə ki, birinci fəsildə Qacar şahına və Abbas Mirzəyə 40 şərt qoyur.şah və vəliəhdə nəsihət verir.40-cı şərtdə şaha xatırladır ki, özünə etibarlı məsləhətçisi seçsin.
نه بکار من آید آن یاری
که چو من بد کنم نکو گوید
من و آن صاف دل که عیب مرا
همچو آیینه روبرو گوید ( ص 77)
Bu göstərir ki, Qacar sarayında xainlər çox idi.
Qeyd olunduğu kimi bu kitab bir giriş, üç fəsil və nəticədən ibarətdir.və hər bir fəsil bir neçə fəslə ayrılır.təəssüflə, qeyd olunmuş səhifənin aşağısından üç sətiri cırılıb.son səhifələr, yəni üçünçü fəslin yarısından 3-cü hissədən və sonrakı 5 fəsil və nəticə yoxdur.bəzi səhifələrin qırağında Fars və Ərəb dilində dərslərin adı, Göhər Morad, Şəvahidülmətul və ... qeyd olub.
Hər halda “ İrşadül Mücahidin”adlı risalə 81 səhifədədir.və ilk bu cümlələr yazılıb:
بسم الله الرحمن الرحیم. الحمدلله الذی شرفنا با لاسلام و نور قلوبنا بنور الایمان و الصلوه ی و الشکر علی سید الانس و الجان محمد و آله الطاهرین ...
Son olaraq kitabın siyahısı qeyd edək:
- Müəllifin sözü- səhifə 1-9
- Giriş(iki fəsildə)- səhifə 9
- İntellektual qabiliyyətlər
1-ci fəsil: səhifə 9
- İbadət qaydaları
2-ci fəsil: səhifə 11
- “Şəhid”in mənası
10 fəsildə: səhifə 13
- Hər bir əməlin özünə məxsus cəzası var.əgər bir millətin əməli bəd olsa, müsibətə düçar olar.
1-ci fəsil: səhifə 14
- Nifaq və həsədin məzəmməti
2-ci fəsil: səhifə 16
- spirtli içklər və Qurmarın məzəmməti
3-cü fəsil: səhifə 19
- düşmənçiliyin məzəmməti
4-cü fəsil: səhifə 21
- əxlaqsız işlərin izahı
5-ci fəsil: səhifə 23
- paxıllığın məzəmməti
6-cı fəsil: səhifə 25
- zülm
7-ci fəsil:səhifə 26
- xəyanət və oğruluğun məzəmməti
8-ci fəsil:səhifə 28
- təkəbbürün məzəmməti
9-cu fəsil:səhifə 30
- tənbəlliyin məzəmməti
10-cu fəsil: səhifə 32
İkinci mövzu( 10 fəsil-ancaq 9-cu fəsil müxtəlif mövzularlar təkrar olub.beləliklə 11 fəsil olur.)
- xoşxasiyyət
1-ci fəsil: iki səhifə 33 və 34 yoxdur.
- Məhəbbət və mehribanlıq
2-ci fəsil: səhifə 39
- Həmfikirlik
4-cü fəsil: səhifə 41
- Təvəkkül
5-ci fəsil: səhifə 42
- Möminin xüsusiyyətləri
6-cı fəsil: səhifə 48
- Şükrün faydaları
7-ci fəsil:səhifə 50
- Müxtəlif hüquqların izahı
8-ci fəsil:səhifə 54
- Ölümdən qorxmağın müalicəsi
9-cu fəsil: səhifə 59-təkrar
- Şəhidlərin üstünlüyü
10-cu fəsil: səhifə 62
- Bir sıra qanunlara icra etməklə mücahidləri ruhlandırmaq
Üçüncü mövzu(8 fəsildə):səhifə 65
- Məxsus cihadlarda müsəlmanlar bir sıra qanunları riayət etməklə cihadında heç bir qüsur olmasın.
1-ci fəsil: səhifə 65
- ədəb-ərkan haqqında.padşah və naibülsəltənə bu qanunlara əməl etsinlər
2-ci fəsil: səhifə 77
- ədəb-ərkan haqqında.vəzirlər riayət etsinlər
3-cü fəsil: səhifə 81
- cihad haqqında bir sıra işlərin görülməsi, ruhanilərə aiddir.
4-cü fəsil:
- bir sıra işlər sərhədçilərə və ordu başçılarına aiddir.
5-ci fəsil:
- mücahidlərin və İslam ordusunun davranışı
6-cı fəsil:
- kafir ölkəni tərk etmək
7-ci fəsil:
- kafirlərlə dostluq etməyə qarşı çıxmaq
8-ci fəsil:
- möminləri tərifləmək və zülmləri onlardan uzaqlaşdırmaq
Son
- Həzrəti Əlinin buyurduqlarını izah edib.nəsihət haqqındadır.
Müəllifin dediyinə görə, müəllif cihad haqqında III cilddə kitab yazıb və Qaem Məqam Fərahaniyə təqdim edib.lakin Qaem Məqam Fərahani risalələri sistemləşdirəndə, yəni cihadiyə kəbir və səğir, “İrşadül Mücahidin”adlı kitabın adını və müəllifin “ əbdülkərim ibn Məhəmməd Sadiq Əhəri”adını qeyd etməyib?!görəsən Əhərinin yazdıqları Qacarların xoşuna gəlməyib.və ya...
Qaynaqlar
A. Kitablar
B. Nəşriyyat