İİR servisi/Aran Agentliyi
Azərbaycan dindarları İmam Xomeyni (r.ə) vəfatının 20-ci il dönümünü qeyd edirlər
Azərbaycan dindarları da bütün dünya müssəlmanları kimi dahi və əvəzolunmaz İslam alimi, İran İslam İnqilabının banisi zat - aliləri Həzrət Ayətullah Əl-Üzma Ruhullah Musəvi Xomeyni həzrətlərinin anım mərasimini qeyd edirlər, bu məqsədlə 3, 4 və 5 iyun tarixində Baki, Maştağa, Nardaran və digər məntəqələrdə olan məscid və hüseyniyyələrdə Quran oxunulması məclisləri keciriləcək
03.06.2009
www.birlik.az
Xəbər Xidməti
İmam Xomeyni (rə) islamda yeni baxış üzrə bir okean idi
Bir hindistanlı alim İmam Xomeyni (rə)-i islam dünyasında yeni baxış üzrə bir okean adlandırıb.
Hindistanın Oterpradaş vilayətinin mərkəzi Leknoy şəhəri şiələrinin İmam cüməsi Mövlana Seyyid Kəlb Cavad bu gün çərşənbə günü iyunun 3-də Yeni Dehlidə İRNA müxbiri ilə müsahibədə İmam Xomeyni (rə)-in düşüncəsini sitayiş etməkdə belə bildirib: İİR-nin banisi elə bir ağacı yetişdirdi ki, hazırda o kökləyib və onun qarşısında duran bütün böyük qüdrətlərin fitnəkarlıqlarını ümidsizləşdirib.
Leknoy şəhərinin imam cüməsi vurğulayıb: İmam Xomeyni (rə) belə inanırdı ki, əgər müsəlmanlar arasında qardaşlıq və həmrəylik yaranarsa, heç bir beynəlxalq qüdrət onlara istila tapa bilməyə qadir olmayacaq.
İmam Xomeyni (rə)-in hərəkatı peyğəmbərlərin hərəkatının davamıdır
İİR-nin prezidenti İslam İnqilabı və İmam Xomeyni (rə)-in hərəkatını Allah tərəfindən istiqamətləndirilmiş və ilahi peyğəmbərlər, xüsusilə İslam Peyğəmbəri (s.ə.s)-in hərəkatının davamında olan hərəkat adlandıraraq onun bəşər ictimaiyyətini vədə verilmiş zirvələrə doğru aparan hərəkat hesab etmişdir.
İİR prezidenti Mahmud Əhmədinejad bu gün Tehranda İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyni (rə)-in vəfatını 20-ci ildönümü mərasimlərində iştirak edən 600 xarici qonaqla görüşündə deyib: İmam Xomeyninin hərəkatı etnik, siyasi, coğrafi hərəkat deyil. Əslində peyğəmbərlərin məqsədlərinin reallaşması uğrunda həyata keçərək böyük bir hadisədir.
Əhmədinejad marksizmin məhv olması və liberalizmin hazırkı çıxılmaz vəziyyətinə toxunaraq xatırladıb ki, bu gün liberalizm təfəkkürünün nailiyyətlərinin uydurma şüarlarına baxmayaraq humanist dəyərlərlə ziddiyyətdədir.
İran prezidenti İslam İnqilabını bütün bəşəriyyətin oyanışı səbəbi hesab edərək deyib: Dünyanı düzəltmək missiyası ümumi missiyadır və hamı xüsusilə mütəfəkkirlər, alimlər və nəzəriyyəçilər dünyanın vəziyyətində islahatlar uğrunda səy göstərməlidirlər.
Əhmədinejad həmçinin həzrət İmam Xomeyni (rə)-in vəfatının ildönümü gününü bütün dünyanın alimləri, fikir sahibləri və qərar qəbul edənləri arasında fikir mübadiləsi üçün əlverişli fürsət adlandırıb.
Dünyanın 60 ölkəsindən olan siyasi, dini, mədəni və ictimai şəxsiyyətlərdən ibarət 600 nəfər İmam Xomeyni tərəfdarları İİR-nin banisinin vəfatı ildönümü mərasimlərində iştirak üçün Tehrandadır.
İmam Xomeyni (rə) yeni hökumət formasını dünyaya təqdim etdi
Rusiya universitetinin müəlliməsi bildirib ki, İmam Xomeyni (rə) yeni və uğurlu bir hökumət formasını dünyaya təqdim etdi ki, müasir dövrdə misilsizdir.
Professor Elena Qladkova bu gün çərşənbə günü Moskvada İRNA müxbiri ilə müsahibədə deyib: İmam Xomeyni (rə)-in rəhbərliyi ilə qələbə çalan İran İslam İnqilabı bir mədəni və siyasi inqilab idi ki, yeni İran mədəniyyətini dünyaya təqdim etdi.
Rusiya Universitetinin müəlliməsi həmçinin deyib: İslam İnqilabının zəfər çalmasından 3 onilliyin keçməsinə baxmayaraq İranın Yaxın Şərq regionu və islam dünyasındakı rolu gözə çarpacaq dərəcədə artıbdır və bugünkü İran Yaxın Şərq regionunun güclü siyasi və iqtisadi ölkələrindəndir ki, regional dəyişikliklərin müəyyənləşdirilməsi prosesində mühüm rol oynayır.
Qladkova əlavə edib: İran diplomatiyası qərbin kəskin təzyiqləri və sanksiyalarına rəğmən İİR banisinin prinsip kimi qərar verdiyi müstəqil siyasəti izləyə bilibdir ki, hazırda bu siyasət öz meyvəsini veribdir.