Azərbaycan 2015-ci ilə kimi hər il 60 milyon ton neft hasil edəcək
Azərbaycan servisi/Aran Agentliyi
Röyter agentliyində Azərbaycanın neft siyasəti ilə bağlı xəbər dərc edilib. Xəbərə görə Azərbaycan 2015-ci ilə kimi hər il 60 milyon ton neft hasil edəcək. Neft rəsmilərinin verdiyi məlumata görə bu rəqəmi artırmaq düzgün olmaz.
Qəzetin yazdığına əsasən əvvəlki illərdə neft hasilatını 5 dəfəyə qədər qaldıran Azərbaycan hal-hazırda ildə 50 milyon ton neft hasil edir.
Beynəlxalq neft təşkilatı olan OPEK isə daima Azərbaycanı üzv olmaq və hasilatı artırmağa həvəsləndirir.
Azərbaycan isə OPEK-ə üzv olmaq niyyətində deyil. Ancaq rəsmilər hasilatı artırmağı planlaşdırır.
Ölkənin neft şirkəti olan "Socar" planlaşdırır ki, Amerikaya hər gün 200 min barel neft ixraс etsin. Bu üç il əvvəlki ixracatdan 40% böyük rəqəmdir. "Dəyərlər" AİN