Azərbaycan servisi/Aran Agentliyi
İslam-Azeri-nin İtar-Tass-a istinadlı xəbərinə görə, sionist rejimin rəhbəri iyunun 28-də Bakıya gəlmək planlaşdırır.
Bu açıqlamanı Rusiyada səfərdə olan İsrail rejiminin xarici işlər naziri Aviqdor Liberman Moskvada keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə sionist prezident böyük heyətlə Bakıya gəlmək planlaşdırır.
O həmçinin İrana İsrailin avia zərbə endirmək istəməsi suallarına: "İsrailin İrana zərbə endirmək planları yoxdur. Biz kiminsə istəyinə görə İrana hücum etmək istəmirik"-deyərək cavab verib.