Tarix : 2009 Jun 04
Kod 12323

İlham Əliyev Serj Sarkisyanla görüşdü

Dünən Rusiyanın Sankt-Peterburq şəhərindəki “Baltiyskaya zvezda” mehmanxanasında Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyan arasında görüş keçirilib
Azərbaycan servisi/Aran Agentliyi
Dünən Rusiyanın Sankt-Peterburq şəhərindəki “Baltiyskaya zvezda” mehmanxanasında Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyan arasında görüş keçirilib.

Azərbaycan prezidentinin mətbuat xidmətinin rəhbəri Azər Qasımov APA-nın Moskva müxbirinə bildirib ki, həm təkbətək, həm də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə keçirilən görüş 3 saat davam edib. A. Qasımov prezidentlərin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin indiki vəziyyəti və perspektivlərini müzakirə etdiklərini deyib. Görüşdən sonra mətbuat konfransı keçirilməyib.
  • Yazılıb
  • da (də) 2009 Jun 04