Tarix : 2009 Jun 05
Kod 12330

Amerikanın dünyada mənfur olması dəyişiklik şüarı ilə məhv olmayacaqdır

Tehranın cümə namazı xitabətçisi ABŞ-ın İİR ilə ixtilaflarının çox köklü və Vaşinqtonun Sionist rejimi himayəsi etməsinin əsas ixtilaflı cəhətlərdən biri olduğunu deyib
İİR servisi/Aran Agentliyi
Tehranın cümə namazı xitabətçisi ABŞ-ın İİR ilə ixtilaflarının çox köklü və Vaşinqtonun Sionist rejimi himayəsi etməsinin əsas ixtilaflı cəhətlərdən biri olduğunu deyib.
Tehranın cümə namazının xitabətçisi Ayət. Əhməd Cənnəti ABŞ perzidenti Barak Obamanın Qahirədə İran barədəki son bəyanatına toxunaraq deyib: İki tərəf arasındakı ixtilaflar köklüdür. İxtilaflı məsələlərdən biri şər olan, məntəqədə zülm, çaxnaşma və qırğın amili olan İsrail rejimidir.
Ayət. Cənnəti deyib: Əgər ABŞ hələdə İsraili himayə etmək istəyirsə, Tehran-Vaşinqton münasibətləri olduğu vəziyyətdə qalacaq.
Tehranın cümə namazının xitabətçisi Livan, Fələstin, İraq və Əfqanıstan məsələlərinə müdaxilənin ABŞ-ın son qoymalı olduğu digər siyasətlərindən biri hesab edərək deyib: ABŞ-ın dünya səviyyəsində mənfur dövlət olmasına dəyişiklik şüarları verməklə son qoyulmayacaq. Dünya xalqlarının Amerikaya nifrət etmələrinin səbəbi ABŞ-ın dünya xalqlarına qarşı zülm və haqsız metodlarıdır.
Ayət. Cənnəti həmçinin 1342-ci il xordad ayının 15-də baş verən qiyamın ildönümü gününü xatırladraq bu qiyamın İmam Xomeyni (rə)-in rəhbərliyi nəticəsində İslam İnqilabına zəmin yaratdığını vurğulayaraq deyib: İran İnqilabı tarixi və analoqu olmayan bir inqilabdır və İmam Xomeyni (rə) "Şərqə yox Qərbə yox" siyasəti ilə İran xalqına başıucalıq gətirən onun müstəqilliyinə həqiqi mənada mükəmməl şəkildə təminat verən vəziyyəti ərməğan etdi.
Tehranın cümə namazının xitabətçisi İmam Xomeyni (rə)-in göstərişlərinin 20 ildən sonra hələdə insanın təkamülünə xidmət etdiyini və insanların oyanışına səbəb olduğunu xatırladaraq deyib: O həzrətin vəsiyyətnaməsi xilas yolunu göstərmək üçün bütün müsəlmanlar və məzlum insanlara tövsiyyədir və bu tövsiyyələrə əməl etmək bəşərin səadəti amilidir.

Ayətullah Cənnəti həmçinin qərb medialarının İİR-da qarşıdan gələn prezident seçkilərini qeyri-sağlam göstərmək sahəsindəki uydurma təbliğatlarına toxunaraq deyib: Düşmənlərin məqsədi yalnız İrandakı seçkilər deyil, həm də onlar təfriqə salmaq və çaxnaşma yaratmaqla İİR quruluşunu devirmək, İslam İnqilabını yatırmaq və İran xalqına yenidən nəzarəti bərpa etməyə düşünürlər. Lakin iranlıların ayıq-sayıq olmaları, birliyə, əxlaqi prinsiplərə və sədaqətliliyə riayət etmələri, eləcə də İslam İnqilabının Böyük Rəhbərinin göstərişlərini yerinə yetirmələri, həmçinin konstitusiyaya nəzarət edən Negəhban Şurasının seçki prosesinə mükəmməl nəzarəti nəticəsində düşmənlərin planları puça çıxarılacaqdır.

  • Yazılıb
  • da (də) 2009 Jun 05