Azərbaycan servisi/Aran Agentliyi
İsrail prezidentinin Azərbaycana rəsmi səfəri ölkəni ikiyə ayırıb.
Bu səfərlə bağlı İslam-Azeri internet qəzetinin analizini diqqətinizə çatdırırıq:
Bir çox təşkilat və siyasətçilər Peresin səfərini məqbul saymasada bəziləri bunun əksini düşünür. Yeni Musavatın bu günkü sayında Mossadın Azərbaycanı nəzarətə götürməsi xəbərləri yyılıb. Belə ki, Mossad (İsrail Xüsusi Xidmət orqanı-bir çox müsəlman liderinin qətlində əli olub) əməkdaşlarından ibarət qrup Bakıya ötən həftə gəlib və İsrail prezidentinin səfəri zamanı həyata keçiriləcək təhlükəsizlik tədbirlərində iştirak edir. Bəlli olduğu kimi, İsrail prezidentinin, baş nazirinin və digər yüksək rütbəli dövlət rəsmilərinin xarici səfərləri zamanı onların təhlükəsizliklərinə “Mossad” cavabdehlik daşıyır. Bu baxımdan Peresin səfəri ilə bağlı “Mossad”ın öz əməkdaşlarını Bakıya ezam edəcəyi gözlənilən idi. Lakin mənbə bildirir ki, Bakıya gələn qrup kifayət qədər böyükdür və müxtəlif müasir texniki vasitələrlə təchiz olunublar. Mənbə bildirir ki, “Mossad” qrupu olduqca məxfi işləyir və hətta ölkənin Daxili İşlər Nazirliyinin rəhbərliyi belə onların nə iş gördükləri haqda məlumat almaq səlahiyyətində deyil. Qrupun məqsədi Azərbaycan xüsusi xidmət orqanlarından İsrail prezidentinin təhlükəsizliyini təmin etmək üçün ayrılan xüsusi səlahiyyətli əməkdaşlarla birlikdə Peresin səfəri ərəfəsində Bakıda əməliyyat şəraitini öyrənmək, yarana biləcək hər hansı təhlükə barədə əvvəlcədən məlumatlar əldə etmək və preventiv tədbirlər həyata keçirməkdir. Həmçinin qrupun bir hissəsi Peresin səfəri zamanı onun mühafizəsinin bilavasitə təmin edilməsində yer alacaq. Məlumata görə, İsrail prezidentinin səfəri ilə bağlı bütün informasiyalar məxfi saxlanılır və Peresin Bakıya nə vaxt gələcəyi səfərdən cəmi bir gün əvvəl açıqlanacaq. Mətbuatda gedən məlumatlara görə, Peres Bakıya iyunun ortalarında gəlməyi planlaşdırır, ancaq dəqiq vaxt məlum deyil.
Son zamanlar ölkədə anti-İran fəaliyyət artıb. Ekspertlər bunu İsrail prezidentinin gəlişi ilə əlaqələndirirlər. Belə ki, bəzi ölkə KİV-lərinin anti-İran yazılar dərc etməsi növbəti muzdlu və yaxud qonorarlı müddətli layihənin onlara təqdim edilməsi ilə də əlaqələndirmək olar.
İsrail mətbuatı da bu səfərə geniş yer ayırır. İzRus portalı (Ruskiy İzrail) Gürcüstan və Çeçenistanı təhlükəli zona adlandırmaqla yanaşı Azərbaycanda da anti-İsrail qüvvələrin az olmadığını önə çəkib.
Əlbəttə ki, İsrail rejimi ölkədəki sağlam təşkilatların sıxışdırılması üçün müxtəlif yollara əl atır. Bir neçə ay əvvəl İsrailin bir çox KİV-ləri həmçinin Mossadın Debka xəbər portalı Azərbaycanda İslamçıların Sumqayıt şəhərində yəhudiləri qarət etməsi barədə də xəbər yaymışdı. Bu da Azərbaycan hökümətinə İslamçıların nəzarətə götürülməsi və onlara qarşı xüsusi tədbir görülməsi üçün bir mesaja daha çox oxşayırdı.
Reqnum Xəbər Agentliyinin məlumatına görə Adam adlı sosioloji araşdırma Mərkəzi Far Centre adlı iqtisadi və siyasi araşdırmalar mərkəzinin layihəsi çərçivəsində Amerikanın "Milli demokratiya" fondunun dəstəyi ilə Azərbaycanda sorğu keçirib. Sorğuya görə 20 faiz əhali ölkədə şəriət qanunlarının tərəfdarı, 50 faiz əhali şəriət və milli-mənəvi dəyərlərə söykənən mentalitetə tərəfdardır, 40 faiz əhali müsəlman qeyri müsəlman müharibə baş verərsə müharibədə və ya mübahisəli məsələlərdə müsəlman ölkələrinə dəstək verərlər.İranın nüvə məsələsində 34 faiz əhali İranın lehinə, 20 faiz isə Qərbi dəstəkləyən səs verib. 11 faiz səs verən əhali isə bu məsələdə məlumatsız olduğundan səs verməyiblər. Digər 35 faiz isə səs verməkdə çətinlik çəkiblər.
Göründüyü kimi əhali Qərbi deyil müsəlman ölkələri dəstəkləyirlər. Xüsusilə Qəzza məsələlərində İsrailin cinayətlərindən sonra əhalinin böyük hissəsi Yeni Şərq araşdırma mərkəzinə görə Fələstini dəstəklədiyini bildirmişdilər. Bəs nə üçün ölkədə İsrail sevənlərin sayı daha çox görünür? Yoxsa bu şişirtmələrdir? Əlbəttə ki, bunlar şişirtmələrdir. Bir iki siyasətçinin ortaya düşüb İsrailin terrora məruz qaldığını və biz İsraili dəstəkləməliyik deməklə əslində xalqın deyil, məhs özünün həyat şəraitini və siyasi varlığını sionist kölgəsi altında qurmaq istəyir. Lakin 33 gündə Livan Hizbullahına, 22 gündə Fələstinin Həmasına məğlub olan bir rejimə söykənən sonunda üsüstə palçığa düşər-necə ki, Şaronlar, Olmertlər düşdü.
Son günlər İsraildə geniş miqyaslı hərbi təlimlərə başlanılmışdır. Belə ki, İsrail mətbuatı bu gün təlim zamanı hətta İsrail parlamenti və prezident aparatının işçilərinin də bombadan qorunmaq üçün sığınacağa girəcəklərini yazıblar. İsrail prezidentinin ölkəmizə səfərinin də məqsədinin İran əleyhinə mümkün müharibədə vətənimizdən istifadə etmək üçün razılıq almaq istəyi daha çox real görünür. Lakin Azərbaycan iki yol ayrıcındadır. Ya İsrail , Yada İslam. Əlbəttə ki, biz belə şəraitdə xalqın müsəlmanları dəstəkləyəcəyini bilirik və Azərbaycan hökümətinin də neytral mövqe tutmasına heç şübhə etmirik. Necə ki, İlham Əliyevin Amerikanın NBC telekanalına müsahibəsində: "Biz qonşu İrana qarşı hər hansı bir hərbi əməliyyatlara dəstək verməyəcəyik. Azərbaycanın bu məsələyə mövqeyi aydındır. Belə düşünürəm ki, problemlər sülh və diplomatik danışıqlarla həll edilməlidir"-demişdi.
Son olaraq bu məsələyə diqqət çəkmək istəyirik, İsrail rejiminin prezidenti Şimon Peres ötən ilin noyabr ayında Türkiyəyə də rəsmi səfərə gəlmişdi. Dövlət rəsmilərinin İslamçı özünü göstərməsinə baxmayaraq qonaqpərvərliyi də olmuşdu. Lakin ümid edirik və heç şübhə etmirik ki, Ankara və İstanbul kimi böyük şəhərlərdə yüz minlərlə türk qardaşımız: "İsrail Fələstindən, Peres Türkiyədən rədd ol" dediyi kimi, bu səfərin son nöqtəsini də xalq bu cür qoyacaq.
İslam-Azeri.az