Tarix : 2009 Jun 07
Kod 12371

İranın nüvə fəaliyyətləri MAQATE çərçivəsindədir

İİR XİN başçısının mətbuat katibi bəyan edib ki , bu ölkənin nüvə fəaliyyətləri Beynəlxalq Atom Enerjisi Agentliyinin qanunları çərçivəsindədir
İİR servisi/Aran Agentliyi

İİR XİN başçısının mətbuat katibi bəyan edib ki , bu ölkənin nüvə fəaliyyətləri Beynəlxalq Atom Enerjisi Agentliyinin qanunları çərçivəsindədir .
Həsən Qəşqavi əl-Aləm telekanalının "İran seçir" adlı proqramında deyib : MAQATE tərəfindən İranın nüvə obyektlərində quraşdırılmış video-kameralar fəaliyyətlərin dinc məqsədli olduğunu sübut edir .Üstəlik agentliyin nümayəndələri vaxtaşırı bu obyektlərin fəaliyyətilə yaxından tanış olurlar . Sülhməramlı nüvə texnologiyasını əldə etməyi bütün ölkələrin qanuni hüququ sayan diplomatın dediyinə görə, İİR dəfələrlə nüvə fəaliyyətlərinin şəffaflığını təmin etdiyini və MAQATE qanunlarından kənara çıxmadığını sübuta yetirib . Hökumət nümayəndəsi İranın bütün beynəlxalq qaydalara riayət etdiyini xatırladaraq deyib : Qərb ölkələri hazırda Əfqanıstan , İraq və Yaxın Şərq məsələlərinin həllində İrandan kömək almağa çalışırlar .

  • Yazılıb
  • da (də) 2009 Jun 07