Tarix : 2009 Jun 08
Kod 12375

Bu gün ADNA-dakı terror qurbanlarının qırxıdır

Bu gün aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş vermiş terror aktında həlak olanların qırx mərasimidir
Aran Agentliyi/Azərbaycan servisi
Bu gün aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş vermiş terror aktında həlak olanların qırx mərasimidir. Bu qanlı cinayət neçə-neçə həyata son qoydu, neçə-neçə ziyalını, alimi, müəllimi, savadlı gənci, adi vətəndaşımızı sıralarımızdan apardı. Terrordan artıq 40 gün ötsə də, nə bu qanlı olayın şahidləri, nə də bütün cəmiyyətimiz o dəhşətli faciənin şokundan hələ də çıxa bilməyib. Qanlı olayda 12 nəfər həlak olsa da, onların hamısı təsadüfən gülləyə tuş gəlməyib. Qətlə yetirilənlərin içində vurulacaqlarını, hətta öləcəklərini bilə-bilə qəhrəmancasına terrorçunun üzərinə gedənlər də olub
  • Yazılıb
  • da (də) 2009 Jun 08