Azərbaycan Servisi/Aran Agentliyi
“Akademi”nin arxasında “Baron” ləqəbli dövlət məmurlarından biri dayanır
“PKK simpatizanlarının nəşri olan ”Diplomat" qəzeti bəs deyilmiş kimi, Bakıda eyni kursu təbliğ edən “Akademi” jurnalı da işıq üzü görməyə başlayıb. Yüksək poliqrafik keyfiyyətlə çap olunmuş jurnal türk millətinə qarşı həqarət dolu yazılarla doludur". Bu barədə qəzetimizə jurnalın böyük çoxluqla yayıldığı BDU-nun tələbələrindən biri məlumat çatdırıb. Onun dediyinə görə, jurnalın üz səhifəsində qondarma “Böyük Kürdüstan”ın xəritəsi verilib. Jurnalın içində isə tarixi türk hökmdarları kürd kimi göstərilməklə yanaşı, PKK-ya simpatiya dolu digər yazılar yer alıb. Jurnalın ilk nüsxələrindən biri rektor Abel Məhərrəmova göndərilib.
Mənbənin dediyinə görə, BDU-nun yaxınlığındakı “Muhabbat” kafesinə yığışan kürd tələbələr onun ilk sayını qeyd də ediblər. Orda belə söhbət olub ki, jurnal hər ay mütəmadi çap olunacaq. Azərbaycanlı tələbələrdən biri onu da öyrənib ki, jurnala “Baron” ləqəbli iri məmurlardan biri himayədarlıq edir. Mənbə həmin jurnalın bir nüsxəsinin rektora göndərildiyini deyir və digər bir nüsxəni redaksiyamıza çatdıracağına söz verib.