Tarix : 2009 Jun 09
Kod 12405

Bakıda külli miqdarda psixotrop maddə satan iki qadın tutuldu

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən iki qadın saxlanılıb
Azərbaycan servisi/Aran Agentliyi
Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən iki qadın saxlanılıb.

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nizami rayonu, Ə.Kürçaylı küçəsi, ev 4, mənzil 59-da kirayədə yaşayan Qazax rayon sakini Ülviyyə Əhmədova Bakı şəhər sakini Laləzar Xəlilova ilə əlbir olaraq Rusiya Federasiyasının Mahaçqala şəhərindən qaçaqmalçılıq yolu ilə gətirdikləri psixotrop maddələr olan 6.000 həb "Relium", 1550 "Relanium" və 2.000 həb "Seduksen" preparatını satarkən tutulublar.


Faktla əlaqədar DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət işi başlanıb.
  • Yazılıb
  • da (də) 2009 Jun 09