Tarix : 2009 Jun 09
Kod 12408

Gürcüstanın radikal müxalifəti DİN-in binasına doğru hərəkət etməyə başlayıb

Radikal müxalifətin minə yaxın tərəfdaşı və liderləri DİN-in və Gürcüstan parlamentindən 5 kilometrdə yerləşən Gürcüstan prokurorluğunun binasına doğru yürüş etməyə başlayıblar
Gürcüstan servisi/Aran Agentliyi
Radikal müxalifətin minə yaxın tərəfdaşı və liderləri DİN-in və Gürcüstan parlamentindən 5 kilometrdə yerləşən Gürcüstan prokurorluğunun binasına doğru yürüş etməyə başlayıblar.

Müxalifət dünən "izdihamlı aksiya" hazırlamaq, DİN və prokurorluq binası qarşısında "canlı zəncir" qurmaq niyyətində olduğunu bəyan edib.

Hələlik müxalifətçilərin aksiyanın kütləvi xarekter daşıması ilə bağlı ümidləri özünü doğrultmur, lakin onlar ümidlərini itirmir, belə ki, bütün gün ərzində DİN və prokurorluq binasını qarşısında piket keçirəcəklərini bildiriblər.

Aksiya iştirakçıları "Vano (daxili işlər naziri Vano Merabişvili), biz gəlirirk!" qışqıraraq, əllərində bayraq yolun hərəkət hissəsi ilə irəliləyirlər, bu isə hərəkətə mane olur.
  • Yazılıb
  • da (də) 2009 Jun 09