İyunun 9-da azərbaycanlı aktyor və kinorejissor Məhərrəm Zeynalzadə jurnalistlərə açıqlamasında böyük Azərbaycan şairi Şəhriyarın “Heydər babaya salam” poeması əsasında film çəkəcəyini bildirib
İRİ Servisi/Aran Agentliyi
İyunun 9-da azərbaycanlı aktyor və kinorejissor Məhərrəm Zeynalzadə jurnalistlərə açıqlamasında böyük Azərbaycan şairi Şəhriyarın “Heydər babaya salam” poeması əsasında film çəkəcəyini bildirib. Xoylu kinorejissor çəkilişlərə sentyabr ayında start veriləcəyini vurğulayıb.
“Media forum” saytının məlumatına görə, M. Zeynalzadə filmin “Heydər babaya salam” poemasının bəndlərinin sayı qədər məqam - 72 məqam üzərində qurulacağını deyib: “Bu film gerçəkliklə fantaziyanın qarışığı olacaq. Şairin uşaqlıq illəri də təsvir ediləcək”.
Filmində Azərbaycan türkcəsini bilən peşəkar aktyor və aktrisalardan yararlanacağını bildirən M. Zeynalzadə fars dilindən də istifadə ediləcəyini bildirib: “Filmdə Azərbaycan Respublikasının aktyor və aktrisaları da rollar alacaq. Bu qarşılıqlı əməkdaşlıq “Heydər babaya salam”ın Azərbaycan Respublikasında ekranlaşdırılmasına zəmin yaradacaq”.