Azərbaycan Servisi/Aran Agentliyi
Bibi Heybət piri Bakı yaxınlığındakı Şıx qəsəbəsində yerləşir. Bu pir yeddinci imam həzrət Musa Kazimin (ə) qızı və səkkizinci imam həzrət Rzanın (ə) bacısı Həkimə xanımın adı ilə bağlıdır. Həkimə xanım 9-cu əsrin əvvəllərində yaşamış, qardaşı imam Rzaya (ə) görə təqib edildiyi üçün Azərbaycana pənah gətirmiş, burada tanınmasın deyə, «Heybətin bibisi» adı ilə yaşamağa məcbur olmuşdur. Vəfatından sonra dəfn olunduğu yer, pir kimi şöhrət tapmışdır. Tanınmış İslam alimi Əllamə Məhəmməd Baqir Məclisi (vəfat: 1111 h. q.) də özünün «Biharul-ənvar» adlı dəyərli əsərində Həkimə xanımın (ə) İmam Musa Kazimin (ə) qızı olduğu və onun Bakı şəhəri ətrafında dəfn edildiyini bildirmişdir. Bu müqəddəs məkan və gözəl memarlıq kompleksi 1937-ci ildə dağıdılmış, Azərbaycan müstəqillik qazandıqdan sonra yenidən bərpa edilmişdir. Qarşınızda olan bu məqalədə Bibi Heybət (ə) məscidi barədə dəyərli məlumatlar verilmışdir. Bibi Heybət məscidi İmam Musa ibn Cəfərin (ə) qızlarından biri Azərbaycanın paytaxtı olan Baki şərənin girəcəyində dəfn olunmuşdur. Bu hörmətli xanım tarixi mənbələrdə Fatimə (ə) adı ilə qeydə alınmış, mübarək məzarının üzərində isə “Həkimə (ə)” yazılmışdır. Mühəddislər, tarixçilər, sirə yazanlar, nəsəb tanıyanlar həzrət imam Musa ibn Cəfərin (ə) qızlarını sayarkən bir neçəsini “Fatimə (ə)” adı ilə yad etmişlər[1]. Yeddinci əsrdə yaşamış böyük Əhli-sünnə alimlərindən olan Sibt ibn Cövzi İmam Musa Kazimin (ə) qızlarının bir neçəsini Fatimə (ə) adı ilə yad edərək, saylarını aşağıdakı tərzdə bəyan etmişdir: 1- Fatimeyi Kübra (ə); 2- Fatimeyi Suğra (ə); 3- Fatimeyi Vüsta (ə); 4- Fatimeyi Uxra (ə)[2]. Həzrət Məsumə (ə) adı ilə tanınan Fatimeyi Kübra (ə) İranın Qum şəhərində dəfn olunmuşdur. Hər gün İran və xarici ölkələrdən gəlmiş minlərlə Əhli-beyt (ə) aşiqləri bu ziyarətgahı ziyarət etmək üçün müqəddəs Qum şəhərinə üz tuturlar. Bibi Heybət (ə) adı ilə tanınmış həzrət Fatimeyi Suğra (ə) Bakı şəhərinin girəcəyində dəfn olunmuşdur. Sitti Fatimə (ə) adı ilə tanınan Fatimeyi Vüsta (ə) isə İsfahan şəhərində dəfn olunmuşdur. Həzrətin (ə) qədim və səfalı hərəmi vardır. Həmçinin “Xahəre İmam” adı ilə tanınan həzrət Fatimeyi Uxra (ə) İranın Rəşt şəhərində dəfn olunmuşdur. Bibi Heybət ziyarətgahı əsrlər boyu “Əhli-beyt (ə)” ardıcıllarının xüsusi diqqət mərkəzində olmuşdur. Dünyanın müxtəlif yerlərindən oranı ziyarət etmək üçün yol boxçalarını hazirlayıb, səfərin acı məşəqqətini qəbul edərək, Xanımın (ə) pak mərqədinə doğru tələsirlər. Oktyabr inqilabından sonra bu diyarın İslam ölkələrindən təcrid olunması ilə gediş-gəliş kəsildi. Mütəhhər hərəmi diktator Stalinin fərmanına əsasən 1936-cı ilin Sentyabrında dinamitlə partladıb, onun üzərindən asfalt çəkdilər. Peyğəmbər (s) Əhli-beytini (ə) sevən müsəlmanlar qanicən Kommunist rejiminə müqavimət edə biləmədilər. Onların yeganə müqavıməti isə Peyğəmbər (s) qəlbinin parasının pak qəbrinin üzərindən ötüb keçməmələri idi. Onlar yolu ötüb keçmək istəyərkən xiyabanın kənarından get-gəl edirdilər. Kommunist rejimi camaatı qəbrin üzərindən ötüb keçməyə məcbur etmək qəsdi ilə hərəmin yerləşdiyi yerin iki tərəfində sütunlar ucaldıb, qəbrin üzərindən ötüb keçməkdən başqa çarələri qalmasın deyə, müqəddəs məzarın üzərində “zəfər tağı” tikdi. Amma məsələnin nə yerdə olduğunu bilən agah Əhli-beyt (ə) tərəfdarları “zəfər taği”nın hər iki tərəfindən piyadaların ötüb keçmələri ücün nəzərdə tutulmuş dar keçidlərdə uzun sıralara dayanıb, təmkinli halda keçidlərdən keçirdilər. Kommunist rejimi dağıldıqdan sonra Əhli-beyt (ə) ardıcılları o həzrətin (ə) hərəmini yenidən tikməyə başladılar. Hərəmin tikintisinin birinci mərhələsi hicri-qəməri tarixi ilə 1319-cu il Rəbiül-əvvəl ayının 17-si, miladi tarixi ilə 1998-ci il, İyul ayının 12-si, İslam Peyğəmbəri həzrət Məhəmməd (s) və İmam Cəfər Sadıqin (ə) anadan olmasının ildönümü günü rəsmi surətdə təntənəli mərasimlə başa çatdı. Hal-hazırda hərəmin ətrafında olan 113 ədəd evi satın alınıb, möhtəşəm bir məscid tikintisi nəzərdə tutlub. Xanım Bibi Heybətin (ə) hərəmində 4 qəbir vardır. Hər bir qəbrin üzərində 92 il öncəyə aid olan böyük sinə daşları yerləşmişdir. Xanimim (ə) qəbrinin sinə daşı üzərində yazılan yazılar uzun illərin ötməsi, xüsusilə partlayış zamanı sinə daşının iki yerə bölünməsi və yarım əsr torpaq altında qaldığına görə tam surətdə oxunulmur. Uzun sürən çətinliklərdən sonra müxtəlif cəhətlərdən çəkilən filmlərə əsasən yazıların bir hissəsini oxumağa nail olduq. Onun digər bir hissəsini isə oxumaq mümkün olmadı. Oxuya bildiyimiz kəlamları olduğu kimi yazıb, oxunmayan kəlamları üç nöqtə ilə bildiririk: "...هذا المرقد المنوّر و المضجع المطهر لسیدتنا و مولاتنا بضعة الرسول و سلالة البتول، عصمة...الدین...الصدیقة المسمّاة بحكیمة بنت الامام موسی بن جعفر (صلوات الله علیها و علیهما) و القبور الثلاثة التی... قبوراولادها الكرام (علیهم الرحمة و الرضوان) إن الله علی كل شیء قدیر. سید هذه القبور الشریفة عمدة الأخیار الحاج علی اصغر بادكویة أحسن الله له الجزاء و اكمل الله أجره فی سنة 1332 الهجرة النبویة". Tərcüməsi: Bu münəvvər və müqəddəs qəbr, Peyğəmbərin bədəninin parçası və Bətul (həzrət Fatimə) sülaləsi, ... İmam Musa ibn Cəfərin (s) qızı Siddiqə Həkimənindir. ... Üç qəbr isə Onun kəramətli övladlarına aiddir... Həqiqətən də Allah hər bir şeyə qadirdir. Bu şərafətli qəbrlərin rəisi qabaqcıl xeyrxah Hacı Əli Əsğər Badkuyyədir. Allah ona əcr versin ve onun əcrini kamilləşdirsin. 1332– ci Nəbəvi-hicri ili. Məzarın sinə daşı yazılarından göründüyü kimi, həzrət Bibi Heybət (ə) yerli əhali arasında Həkimə (ə) ləqəbi ilə məşhur olmuşdur. Tarixi məxəzlərdə isə Onun adı Fatimeyi Suğra (ə) adı ilə qeydə alınmışdır. Burada Bibi Heybətin (ə), Fatimeyi Suğra olduğunu yetirən bir sıra məxəzləri nəzərinizə çatdırırıq: 1-“Töhfətül-aləm” kitabı, Əllamə Seyid Cəfər Ali Bəhril-ulum[3]. 2-“Miratul-Büldan” kitabı, Məhəmməd Həsən Xan Etimadus-Səltənə.[4] 3-“Əz Asatara ta Əstarabad” kitabı, Doktor Mənuçehr Setude.[5] 4-“Lüğətnameye Dehxoda” kitabı, Əli Əkbər Dehxoda.[6] 5-“Həyatul-İmam Musa ibn Cəfər” kitabı, Əllamə Şərif Baqir Qurəşi.[7] Yuxarıda qeyd olunan və digər mənbələrə əsasən, Bakı şəhərində yerləşən hərəmin “Fatimeyi Suğraya” (ə) aid olmağını nəzərə almaqla hörmətli Bibi Heybət (ə) adının Fatimeyi Suğra (ə) olduğu barədə də heç bir şübhə qalmır. Buna oxşar məsələ həzrət Fatimeyi Suğranın (ə) o biri hörmətli bacıları üçün qarşıya gəlmişdir. Xanımın böyük bacısı həzrət Fatimeyi Kübra (ə) “həzrət Məsumə” adı ilə, o biri kiçik bacıları həzrət Fatimeyi Vüsta (ə) “Sitti Fatimə” (ə) adı ilə, həzrət Fatimeyi Uxra (ə) isə “Xahəre İmam” adı ilə tanınmışdır. Həzrət Fatimeyi Suğranın (ə) həzrət Bibi Heybət adı ilə tanınmasının səbəbi yerli əhali arasında belə hekayət olunur: Həzrət Məsumənin (ə) Qum şəhərində vəfatından conra bacısı Həzrət Fatimeyi Suğra Rəşt şəhərinə gələndən sonra Bakı şəhərinə üz tutur. Baba Səccad adlı bələdçi Bakıya yola düşmək üçün Xanıma (ə) kömək etmişdir. Həzrət Fatimeyi Suğranı (ə) Bakıya qayıqla aparmaq iftixarı “Qız qalası” yaxınlığında olan “İçəri Şəhər” sakini və qayıq sahibi Hacı Bədrə nəsib olmuşdur. Hacı Bədr həzrət Fatimeyi Suğra (ə) ilə tanış olarkən onu İçəri Şəhərə dəvət edir. Hacı Bədr böyük sevinc və iftixarla Xanimi (ə) öz evinə aparır. Xanımın (ə) Bakıya gəlib çatması bütün el-obaya səs salır. Əhli-beyt (ə) ardıcılları dəstə-dəstə həzrətin (ə) görüşünə gəlib, “xoş gəldin” deyirlər. Bu xəbərin yayılması Hacı Bədri Xanımın (ə) təhlükəyə düşməsi üçün nigaran edir. Elə buna görə də Şıx kəndinə köçüb, özünü Heybət adlandıraraq, Xanıma (ə) xidmətçi olmağı öz öhdəsinə götürür. Hacı Bədr kənddə “Heybət” adı ilə tanınır. O, həzrət (ə) barədə söz demək istədikdə, “Bibiye mən” (mənim bibim) sözünü işlədirdi. Yerli əhali də həzrət (ə) barədə söz düşəndə, onu “Bibiye Heybət” (Heybətin bibisi) adı ilə yad edirdilər. Bu minvalla həzrətin (ə) adı o məntəqədə “Bibiye Heybət” adı ilə məşhurlaşır. Sonralar zaman ötdükcə, “ye” hərfi deyilişdən götürülüb “Bibi Heybət” kimi tələffüz olunur. Tarixi sənədlərdə də bu hörmətli xanımın (ə) Bakı şəhərinin bir ağaclığında[8] yerləşən Şıx kəndində yaşadığı bildirilmişdir. Xanımın (ə) yaşadığı ev indiyə kimi qorunub saxlanmışdır. Bacısı həzrət Məsumənin (ə) ibadət etdiyi mehrabı (tarixdə “Beytun-Nur” adı ilə qeydə alınmışdır) kimi Xanımın da ibadət etdiyi yerin mehrabı imanli insanların ziyarətgahına çevrilmişdir. Şıx kəndinin imanlı xalis möminləri həzrət İmam Musa ibn Cəfərin (ə) qəlbinin parasını vəfat etdikdən sonra indiki hərəmin yerində torpağa tapşırıb, Onun qəbri üzərində sayiban düzəltdilər və Peyğəmbər (ə) xandanından üç nəfəri də Onun yaxınlığında dəfn etdilər. Onlar Peyğəmbər (s) Əhli-beytinə (ə) əhəmiyyət verib, il boyu müqəddəs ziyarətgahı ziyarət etməyə şərəf tapırdılar. Hər hansı cətinlik qarşıya çıxarkən Xanımın (ə) müqəddəs məzarına pənah aparıb, hacətləri rəva olmuş halda geri dönürdülər. Belə ki, əsrlər boyu Onun şöhrəti hər tərəfə yayılmış, möcüzə və kəramətləri müşahidə olunmuşdur ki, bu isə Əhli-beyt (ə) aşiqlərinin qəlblərini özünə sarı cəlb etmişdir. Günbə-gün artan kəramətlərin müşahidə olunması səbəbinə çoxlu nəzrlər şərafətli qəbirə hədiyyə edilirdi. Allah yolunda edilən ehsan və nəzirlər hesabına mütəhhər qəbirin üzərində şərq memarlığının gözəl nümunəsi olan əzəmətli günbəz və ziyarətgah tikildi. Bu səfalı hərəm Şirvan-Abşeron memarlıq üslubunda işləndi. Hərəmin ətradfında gözəl minarələr, əzəmətli günbəzlər, böyük salonlar, iki məscid, çoxsaylı binalar, məqbərə və sərdabə tikildi. Hərəm qiymətli incəsənət toplusuna çevrilmişdi. Bu topluda İslami üslubda işlənmiş daş oymalar, xət nümunələri nəqqaşlıq və qiymətlı xəzinə şəklində olan kitabxana, tablo, daş kətibələr, əlyazmalar ziyarətə gələnlər və səyyahların qarşısında nümayişə qoyulmuşdu. Əfsuslar olsun ki, bu qiymətli xəzinələr Kommunistlərin amansız hücumları nəticəsində, məhv olub aradan getdi. Mədəniyyət, tərəqqi və ululuq əlaməti olan qiymətli sənət əsərləri amansız alov nəticəsində yanıb, kül oldu. Mənəvi təsirindən əlavə, yerli məntəqədə siyasi-iqtisadi həyata böyük təsiri olan hərəm, yerlə yeksan edildi. Bibi Heybət hərəminin ətrafında ruhanilər, müdərrislər, məscidin məsuliyyətini öhdəsinə götürənlər və xidmətçilərə aid olan coxsaylı məqbərələr də dinamitlə partladıldı. Bu məqbərələ aid olan mərmər və digər qiymətli daşlar “Azərbaycan Tarix Muzeyi”ndə saxlanılır. Bu günə kimi qalmış lövhələrin üzərində hicrətin 700-cü il qeyd olunub və Mahmud ibn Sədin adı, oranın memarı kimi yazılmışdır. Həzrət Fatimeyi Suğranın (ə) hərəminin təsis olunma tarixi 1018-ci hicri ili, Şah Abbasın fərmanı ilə qeydə alınmışdır. Hərəmin kətibələrindən birinin neqativ təsviri “Respublika Tarix İnstitutu”nda 9017 rəqəmi ilə saxlanılır. Digər bir kətibədə 977-ci hicri-qəməri ilində Seyid Fəzlullah Lətif Neyşaburi oğlu tərəfindən hərəmin kənarında məscidin təsis olunması yad olunur. Bu sənədlərdə camaata yol göstərib, haqq yolunu rəvac vermək uçun Neyşaburdan Bakıya gəlmiş Şeyx Abidinin oğlu Haci Şərifin adı da qeyd olunmuşdur. O, Bibi Heybət hərəmində məzhəbi işlərə rəhbərlik etmiş, nəhatyət özü 1046-cı hicri ilində əsasını qoyduğu hücrədə (kiçik bir otaqda) dəfn olunmuşdur. Bibi Heybət məscidi məxəzlərdə Bibi Heybət hərəmi və ona aid olan binalar barədə çoxsaylı elmi-təhqiqat əsərləri əsasən rus dilindədir. Burada onlardan bir qismini nəzərinizə çatdırırıq. 1-“Bakının Orta Əsrlər Tarixi”, S.B.Aşurbəyli, çap tarixi 1963-cü il. 2-“16-19-cu əsrlərdə Azərbaycan və Ermənistan feodal münasibətləri tarixi”, İ.P.Şuskiy, çap tarixi 1949-cu il, Leningrad. Müəllif bu kitabda ikinci Şah Abbasın Bibi Heybət (ə) məqbərəsi barədə fərmanının rus dilinə tərcüməsi ilə birlikdə onun mətnini kamil surətdə və Şah Abbas Kəbirin fərmaninin da bir hissəsini yazmışdır. 3-“Şıxlar kəndi”, Q.Sadiqi, çap tarixi 1925-ci il, Bakı. O, bu kitabda həzrət Bibi Heybətin (ə) nəsəb, ləqəblər, ad və hərəmə aid olan binalardan söhbət açmışdır. 4-“İranın şimalına səfər”, İ.Berzin, çap tarixi 1852-ci il. Müəllif 1831-ci miladi ilində Bakıya səfər etmiş, həzrət Bibi Heybət (ə) hərəminin kətibələrini oxuyaraq üzünü köçürüb, onları rus dilinə tərcüməsi ilə birlikdə öz kitabında yazmışdır. 5-“İlxanilərin 14-cü əsr sikkələri”, M.A.Seyfuddin, Tarix Elmləri İnstitunun 5012 saylı nəşriyyəsi. O, bu kitabda keçmiş təhqiqatçılardan olan Duren, Sisov, Paxmov, Əlizadə və Həqqinin sikkəşünaslıq axtarışlarına əsasən, nəzərlərini təkmilləşdirib, qaranlıq qalan məsələləri aydınlaşdırmışdır. “İranın şimalına səfər” kitabında adı çəkilən Əbul-fəth Fərəhzadın həzrət Bibi Heybətin (ə) hərəminə birləşmiş məscidin banisi olduğu bildirilmişdir. 6-“Kaspiyyə”, B.A.Duren, çap tarixi 1875-ci il. O, bu kitabda indiki həzrət Bibi Heybət (ə) hərəminin hal-hazırdakı yerin əvvəllər qala şəklində olduğunu isbat etmişdir. 7-“Ə.K.Əliəkbərovun məqaləsi”, 1960-cı miladı ili, Bakı. O, bu məqalədə həzrət Bibi Heybət (ə) hərəminin kənarında olan minarənin Səlcuqilər memarlığınin ilkin dövranına aid olduğunu açıqlamışdır. 8-“Azərbaycanın bargahları”, M.Neoman, çap tarixi 1992-ci il, Bakı. Müəllif bu kitabda həzrət Bibi Heybətin (ə) hərəmi və onun ətrafında yerləşən binalar haqqında geniş məlumat vermişdir. 9-“Bakının Orta Əsrlər Tarixi barəsində sənədlər”, T.M.Musəvi, çap tarixi 1967-ci il, Bakı. O, bu kitabda həzrət Bibi Heybətin (ə) hərəminə aid olan sənədləri şərh və izahla yazmışdır. 10-“SSRİ-nin Leninqrad Elmlər Akademiyasının Arxivində”, B.A.Duren bölməsində saxlanılan sənədlər. Sənədlərin içində Səfəvi sultanlarının ona qədər həzrət Bibi Heybətin (ə) hərəminə vəqf olunmuş əmlak və hədiyyələr barədə olan fərmanları ələ gəlmişdir. Bu fərmanların mətni kamil surətdə “Astaneye mübarəkəye Bibi Heybət (ə)” kitabında gətirilmişdir. Adı çəkilən kitabda həzrət Bibi Heybətin (ə) doğum, vəfat, ata, ana, qardaş və bacıları haqqında da geniş bəhs olunmuşdur. Müqəddəs məzarı nurla dolsun!/shiatali/