Tehranın bu həftəki cümə namazının xitabətçisi hesab edir ki, iyunun 12-də böyük İran xalqının prezident seçkilərində geniş iştirakı düşmənlərin məyusluğuna səbəb olub
İRİ Servisi/Aran Agentliyi
Tehranın bu həftəki cümə namazının xitabətçisi hesab edir ki, iyunun 12-də böyük İran xalqının prezident seçkilərində geniş iştirakı düşmənlərin məyusluğuna səbəb olub. Ayət. İmami Kaşani cümə günü cümə namazı mərasimində İran xalqının 10-cu prezident seçkilərində möhtəşəm iştirakına münasibət bildirərək deyib: İslam İnqilabının müxtəlif səhnələrində indiyədək özünün uğurlu iştirakını sübuta yetirən böyük və şüurlu İran xalqı cümə günkü seçkilərdə İslam Respublikası quruluşunun düşmənlərinin məyus etdi.
İran xalqının bu seçkilərdə iştirakını dini vəzifə və dini hüquq hesab edən Ayət. Kaşani vurğulayıb: Səhnədə xalqın geniş iştirakı islam və inqilab düşmənlərinə kəskin cavab olmaqla yanaşı bu iştirak islama xidmət mənasında dəyərləndirilib.
Tehranın bu həftəki cümə namazının xitabətçisi habelə İran xalqının İslam Respublikası düşmənlərinin fitnəkarlıqları ilə bağlı ayıq-sayıq olmasının zəruriliyini vurğulayaraq, İmam Xomeyni (rə) həzrətlərinin onun təməlini qoyduğu Vilayəti-Fəqihi ən zəruri və böyük nemətlərindən biri sayıb.
Ayət. İmami Kaşani həmçinin İslam Peyğəmbərinin əziz qızı Həzrət Fatimə Zəhra (sə)-ın səadətli təvəllüdü və 14 iyun İranda qadınlar gününün gəlib çatması münasibəti ilə iranlıları təbrik edib.