Tarix : 2009 Jun 13
Kod 12447

Ayətullah Xamenei istədiyi namizədə səs verdi

dünən İranda prezident seçkilərində ilk səsi verən İranın Ali Dini Rəhbəri Ayətullah Seyyid Əli Xamenei olub
İRİ Servisi/Aran Agentliyi
İslam-Azeri-nin məlumatına görə dünən İranda prezident seçkilərində ilk səsi verən İranın Ali Dini Rəhbəri Ayətullah Seyyid Əli Xamenei olub.
İran mətbuatının məlumatına görə İmam Xomeyni adına Hüseyniyyədə yaradılmış seçki məntəqəsinə gələn İranın Ali Dini Rəhbəri Ayətullah Seyyid Əli Xamenei seçki bülletenini dolduraraq qutuya atıb.
Bundan sonra Ali dini rəhbər çıxış edib: "Bismillahir Rəhmanir Rəhim Allaha şükr edirəm ki, Allah Təala İran xalqının bu böyük imtahandan çıxmasına tofiq Verdi. Bu imtahandan alnı açıq çıxması onların bu seçkilərdə müdrik və fəal iştirak etməsi ilə sübut olunur. Mənə verilən məlumata və özümün müşahidələrimə görə xalqımız seçkilərdə çox fəal və müdrikcəsinə iştirak edir. Buna səbəb namizədlərin və xalqımızın agahlığıdır. Allahdan istəyirəm ki, Allah tofiq versin xalqımız bu böyük imtahandan alnı açıq çıxsın. İnşallah Allahın təqdiri ilə ən məsləhətli şəxs seçkilərdə seçilcək. Allahdan istədiyim budur ki, bu 4 il müddətinə ən yaxşı şəxs seçilsin. Şübhəsiz ki, xalqın seçkilərdəki fəallığına görə Allah da onlara lütflü olacaq. Mən həmişə istədiyim kimi yenə xalqımızdan istəyirəm ki, seçkilərin erkən saatlarından səs verməyə getsinlər".
 
  • Yazılıb
  • da (də) 2009 Jun 13