Tarix : 2009 Jun 13
Kod 12448

Mahmud Əhmədinejad hesablanmış səslərin 64.99 faizini qazanıb

Iranın Mərkəzi Seçki Komissiyasının son məlumatına əsasən, prezidentliyə namizədlərdən Mahmud Əhmədinejad hesablanmış səslərdən 64.99 faizini qazanıb
İRİ Servisi/Aran Agentliyi
«Yeni Şərq»in İRİNN-ə istinadən verdiyi məlumata əsasən, Iranın Mərkəzi Seçki Komissiyasının son məlumatına əsasən, prezidentliyə namizədlərdən Mahmud Əhmədinejad hesablanmış səslərdən 64.99 faizini qazanıb.
    Məlumata əsasən, seçki qutularının 77.13 faizi artıq hesablanıb. 45 min 713 seçki məntəqəsindən artıq 35 min 95 səsvermə məntəqəsinin nəticələri MSK tərəfindən hesablanıb.
   
    Ən son məlumatlara görə, hazırkı Prezident Mahmud Əhmədinejad öndədir. O, 18787766 səslə seçicilərin 64.98 faizinin səsini qazanıb.
   
    Seçkilərdə İranın hazırkı prezidenti Mahmud Əhmədinejad, İran İnqilab Qvardiyasının sabiq komandiri Möhsün Rezayi, Milli Etimad Partiyasının sədri Mehdi Kərrubi və İranın sabiq baş naziri Mirhüseyn Musəvi rəqabət aparır.
   
    Növbəti yerlərdə isə 32.06 faiz səslə Mir Hüseyn Musəvi (9269998səs), 2.05 faizlə Möhsün Rezayi (594846səs), 0.88 faizlə Mehdi Kərrubidir(257061səs).
   
    İran Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, ölkədə hazırkı prezident seçkilərində 46 milyon 200 min nəfər səsvermə hüququna malikdir.
 
  • Yazılıb
  • da (də) 2009 Jun 13