Tarix : 2009 Jun 14
Kod 12467

Tehranda Əhmədinejada dəstək mitinqi

bu gün İran İslam Respublikasına prezident seçilmiş Mahmud Əhmədinejada dəstək xarakterli mitinq keçirilib
İİR servisi/Aran Agentliyi
İslam-Azeri-nin İran KİV-lərinə istinadlı xəbərinə görə bu gün İran İslam Respublikasına prezident seçilmiş Mahmud Əhmədinejada dəstək xarakterli mitinq keçirilib.

Verilən məlumata görə mitinqdə milyonlarla insan iştirak edib.

Bu mitinqin prezidentliyə namizəd Mir Hüseyn Musəvinin tərəfdarlarının iddialarına cavab əlaməti olaraq keçirildiyi önə çəkilir.

Dünən Tehran küçələrində məğlub olmuş Mir Hüseyn Musəvinin tərəfdarları Əhmədinejadın qələbəsinə etiraz olaraq aksiyalar keçirmiş və ixtişaş törədən addımlar atmışdırlar.
 
  • Yazılıb
  • da (də) 2009 Jun 14