Tarix : 2009 Jun 14
Kod 12468

Ayətullah Xamenei seçkiləri dəyərləndirib

Necə ki bu salama ləyaqətinizi sübut etdiniz. Sizin cümə günkü qəhrəmanlığınız misilsiz və heyran edici idi
İİR servisi/Aran Agentliyi
İslam-Azeri-nin İran KİV-lərinə istinadlı xəbərinə görə İranın Ali Dini lideri seçkilərin nəticələri ilə bağlı açıqlama verib.

İranın Ali Dini lideri Ayətullah Seyyid Əli Xamenei qalib gəlmiş Mahmud Əhmədinejadı və iranlıları da seçki fəallıqlarına görə təbrik edib: "Əziz İran xalqı, zamanını tanıyan kişi və qadınlar Allahın salamı sizə olsun. Necə ki bu salama ləyaqətinizi sübut etdiniz. Sizin cümə günkü qəhrəmanlığınız misilsiz və heyran edici idi. Çünki sizin siyasi düşüncəniz və inqilabi iradənizi, millət olaraq mədəniyyətinizi dünya xalqlarının gözü qarşısında göstərdiniz. Sizin ölkəmizin tarixində mətanət və təmkinliklə isbat etdiyiniz bu iqtidar və izzət, həmçinin dəyişməz iradəniz düşmənlərinin təbliğatlarını nəzərə almadan bir araya gəlməniz elə bir əhəmiyyətə malikdir ki, heç bir söz və kəlamla onu vəsf etmək olmaz. Təkcə onu demək olar ki, xalq olaraq Allahın onlara olan Rəhmətini saxlamaqla Allahın onlara olan lütfünün davam etməsini təsdiq etdiniz".

Bu münasibətlə təbrik mesajı verən Ali Dini Rəhbər: " Bu münasibətlə İmam Zaman ağa, İmam Xomeyninin ruhuna və İran xalqına öz təbriklərimi ərz edirəm"-deyərək digər namizədlərə də Əhmədinejada dəstək verməyə çağırıb: "Seçilən və layiq görülən prezident dünənki prezidentliyə namizədlərlər daxil olamqla İran xalqının prezidentidir. Hansı ki, dünənki rəqiblər ona kömək etməli və onu dəstəkləməlidirlər" .
  • Yazılıb
  • da (də) 2009 Jun 14