İsrail prezidenti Şimon Peresin Azərbaycana iyunun 28-nə elan olunmuş səfəri bəlli olmayan səbəblərdən təxirə salınıb
Azərbaycan servisi/Aran Agentliyi
İslam-Azeri-nin Radio Antennin xəbərlərinə istinadlı məlumatına görə İsrail prezidenti Şimon Peresin Azərbaycana iyunun 28-nə elan olunmuş səfəri bəlli olmayan səbəblərdən təxirə salınıb.
Ötən gün həm Prezident Aparatının şöbə müdiri Novruz Məmmədov, həm də Israilin ölkəmizdəki səfiri Artur Lenk Şimon Peresin səfərinin vaxtı hələ dəqiqləşmədiyi barədə açıqlama verib. Halbuki bir necə gün əvvəl yəni iyunun 3-də Israilin baş nazirinin müavini olan Liberman Moskvada səfərdə olarkən Şimon Peresin Azərbaycana iyunun 28-də səfər edəcəyini demişdi. O, Israil prezidentinin Azərbaycana səfərinə Iranın etirazlarının yersiz olduğuna eyham vuraraq artıq səfərin vaxtının bəlli olduğunu qabartmışdı və konkret tarix göstərmişdi. Lakin belə bir yüksək səviyyəli bəyanatdan sonra indi elan edilir ki, Israil prezidenti Azərbaycana deyilən tarixdə gəlməycək, səfərin vaxtı hələ dəqiqləşməyib.