Tarix : 2009 Jun 14
Kod 12471

Əhmədinejada təbriklər

İran prezidentliyinə yenidən seçilən Mahmud Əhmədinejada xarici ölkələrdən təbriklər gəlir
İİR servisi/Aran Agentliyi
İslam-Azeri-nin İran KİV-lərinə istinadlı xəbərinə görə İran prezidentliyinə yenidən seçilən Mahmud Əhmədinejada xarici ölkələrdən təbriklər gəlir.

İngilis dilində fəaliyyət göstərən İranın “Press TV” telekanalı Venesuella prezidenti Hüqo Çavesin Əhmədinecadla telefonla əlaqə saxladığını və yenidən prezident seçildiyi üçün onu öz və Venesuella xalqının adından təbrik etdiyini bildirib.


Fars Nyusun məlumatına görə Suriya prezidenti Bəşər Əsəd Əhmədinejada öz və suriyalılar adından təbrik məktubu göndərib.


Ərəb Ölkələri Birliyinin sədri Əmir Musa da Əhmədinejada təbrik mesajı göndərərək, Əhmədinejadın yenidən seçilməsi ilə İranın Ərəb dünyası ilə çox yaxşı əlaqələrin qurulacağını ümid etdiyini bildirib.
 
  • Yazılıb
  • da (də) 2009 Jun 14