Əgər din dövlətdən ayrıdırsa, onda niyə yerli icra orqanlarının rəyi tələb edilir
Azərbaycan servisi/Aran Agentliyi
İslam-Azeri İnternet Qəzetinin Azadlıq Radiosuna istinadllı xəbərinə görə «Məşədi Dadaş məscidi» Dini İcmasının rəhbəri Hacı Şahin Həsənli son qanun dəyişikləri ilə bağlı münasibət bildirib.
Onun fikrincə, qanuna təklif edilən son dəyişikliklər dini icmaların işinə ciddi müdaxilədir.
Parlament komitəsində «Dini etiqad azadlığı haqqında» qanuna iki dəyişiklik müzakirə edilib. Birinci təklifdə xaricdə dini təhsil alan şəxslərin fəaliyyətinə məhdudiyyətlər nəzərdə tutulur. İkinci təklifdə isə qeyd edilir ki, dini vəzifələrə təyinatlar zamanı yerli icra orqanlarının rəyi nəzərə alınmalıdır:
«Əgər din dövlətdən ayrıdırsa, onda niyə yerli icra orqanlarının rəyi tələb edilir. Bu yolverilməzdir. İkinci tərəfdən, xaricdə dini təhsil alan şəxslərin hamısının fəaliyyətinə məhdudiyyətlər qoyulmamalıdır. Burda konkret fərdlərə münasibət olmalıdır. Kim dini təhsil aldığı ölkənin maraqlarını müdafiə edirsə, xarici kəşfiyyat orqanlarına işləyirsə, ona hüquq çərçivəsində münasibət bəslənilməlidir…».
Hacı Şahin Həsənli son vaxtlar bəzi məscidlərin sökülməsini də düzgün saymır: «Bu, çox ağır nəticələr verə bilər. Elə qonşu İranda məhz qadağalar İslam inqilabını doğurdu…».