Tarix : 2009 Jun 15
Kod 12474

İlham Əliyev Əhmədinejadı təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev Mahmud Əhmədinejadı yenidən İran İslam Respublikasının prezidenti seçilməsi münasibətilə təbrik edib
Azərbaycan servisi/Aran Agentliyi
İslam-Azeri-nin dövlət televiziyasına istinadlı xəbəriə görə Azərbaycan prezidenti İlham Əliyev Mahmud Əhmədinejadı yenidən İran İslam Respublikasının prezidenti seçilməsi münasibətilə təbrik edib. Təbrikin mətni:
Hörmətli cənab Prezident,
İran İslam Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Biz ölkələrimiz arasındakı münasibətlərin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Bu mənada tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın istək və məramı ilə bu gün ölkələrimiz arasında gerçəkləşən sıx əməkdaşlıqdan, daim genişlənən işgüzar əlaqələrimizdən məmnunluq duyuruq.
Əminəm ki, Azərbaycan-İran ikitərəfli münasibətləri bundan sonra da möhkəmlənəcək və hər iki xalqın maraqlarına cavab verəcəkdir.
Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
  • Yazılıb
  • da (də) 2009 Jun 15